“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin sifarişi ilə Bakı Olimpiya Stadionunun qarşısında Ziya Bünyadov və Heydər Əliyev prospektlərini birləşdirəcək yeni avtomobil tuneli tikilir.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının məlumatına görə, bunu APA-ya “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, məqsəd günün pik saatlarında “Koroğlu” metrostansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır:

“Xüsusən də Ziya Bünyadov prospekti istiqamətindən gələn nəqliyyat vasitələri körpünün üzərinə qalxaraq oradan dövrə vurub, “Koroğlu” stansiyasının qarşısından düşərək hava limanı istiqamətində hərəkət edirdilər. Bu da həmin ərazidə müəyyən qədər sıxlığa səbəb olurdu. Məhz o sıxlığın aradan qaldırılması üçün “Koroğlu” stansiyasının qarşısına nəqliyyat vasitələri düşmədən Ziya Bünyadov prospektindən birbaşa hava limanı istiqamətinə keçid üçün yeni avtomobil tuneli inşa olunur. Həmin avtomobil tunelinə keçid Ziya Bünyadov prospektindən sağa – Olimpiya kəndi istiqamətinə – dairədən dövrə vuraraq Ziya Bünyadov prospektinin altından keçərək Bakı Olimpiya Stadionu arxasından hava limanı istiqamətinə hərəkət etməklə mümkün olacaq”.

Qurum rəsmisi bildirib ki, tunelin ümumi uzunluğu 655 metrdir.

Tunelin tikintisinin başa çatmasına gəlincə, A.Nəcəfli vurğulayıb ki, indi tikinti işlərinə yeni başlanılıb: “İşlərin gələn il ərzində sonlandırılması planlaşdırılır. İşlər açıq havada aparıldığı üçün hava durumu ilə bağlı fasilələr yarana bilər. Ancaq bunlara baxmayaraq, gələn il ərzində işlərin sonlaşdırılması düşünülüb”.

Ərşad Hüseynov: Bu layihə maliyyə tutumludur

Ziya Bünyadov və Heydər Əliyev prospektlərini birləşdirən tunelin tikilməsi layihəsinin maliyyə tutumlu olduğunu deyən yol-nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bunları danışıb:

“Layihənin başqa yaxşı tərəfi də budur ki, Ziya Bünyadov prospektindən aeroport istiqamətində hərəkətin fasiləsizliyi təmin ediləcək. Şəhərin çıxışında sərbəstlik yaranacaq.

Layihənin həyata keçirildiyi ərazidə, yəni Atletlər kəndində yollar var. Lakin o küçələrdə intensiv hərəkət yoxdur. Həm də stadionun ətrafında olan yol boşdur. Layihə baş tutanda o yollarda intensivlik artacaq”.

1 AÇIQLAMA

  1. Технический центр по ремонту Volkswagen, Audi, Skoda, Seat. Мы проводим техническое обслуживание, слесарный ремонт, обычную и компьютерную диагностику, адаптацию, калибровку и ремонтные работы DSG всех поколений.

    Адрес: Башир Буньядов 17/12, Бакиханов, Баку, Азербайджан
    Тел.: +994(55) 311-83-09
    Вебсайт: https://www.vagservice.az/
    Емайл: [email protected]
    Инстаграмм: vag.service.baku
    WhatsApp: +994 55 311 83 09
    ————————————————————————
    #Volkswagen #Audi #Skoda #Seat #VolkswagenService #AudiService #SkodaService #SeatService #VolkswagenBaku #AudiBaku #SkodaBaku #SeatBaku #AutoBaku #AutoAzerbaycan #AvtoBaku #AvtoAzerbaycan #MaşınTəmiri #AvtomobilTəmiri #AvtoServis #Автосервис

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın