Ölkə prezidenti Robert Muqabenin əmri ilə Zimbabvenin “Rio-2016”-dakı olimpiya yığmasının bütün üzvləri həbs edilib. O, Zimbabvenin polis generalı Avqustin Çiçuriyə avqustun 23-də, yığma beynəlxalq Xarare aeroportuna enən kimi onları tutmağı tapşırıb.

Buna səbəb isə yığmanın Braziliyada keçirilən XXI Yay Olimpiya Oyunlarında ölkə adına heç bir medal qazana bilməməsidir.

Rioda 31 idmançı ilə təmsil olunan Zimbabve millisinin tutduğu ən yüksək yer 7-ci olub.
Prezident Robert Muqabe komandanın bu çıxışından acıqlanıb və onlara həbs cəzası ilə dərs vermək niyyətindədir.
“Biz özlərini idmançı adlandıran bu siçanlara dövlət pulları xərcləmişdik. Əgər siz bizim Botsvandan olan qonşularımız kimi özünüzü qurban verib heç olmasa 4 və ya 5-ci yeri tuta bilməyəcəkdinizsə, onda niyə dövlətin pullarını xərcləməyə getdiniz?!”, -deyə prezident hamını təəccübləndirən çıxış edib.
Prezident qeyd edib ki, əgər dövlət Rioda sadəcə ölkənin bayrağını qaldıran və himn oxuyan birinə ehtiyac duysaydı, Braziliyaya Zimbabve Universitetindən olan gözəl qızlar və oğlanlar göndərərdi.
Muqabe bildirib ki, idmançılara sərf edilən pula məktəb tikmək, ya da əhalinin sosial durumunu yaxşılaşdırmaq olardı: “Bu olay 5 qadınla evli olan 1 impotenti xatırladır. İdmançılar arasında gediş-gəlişin bütün xərcinin bərabər şəkildə bölünməsi üçün əlimdən gələni edəcəyəm. Bu məsələ hətta 10 il vaxt aparsa da, onlar bu pulu geri qaytaracaqlar. Belə hesab edək ki, hökumət onlara Braziliyanı 1 turist kimi gəzmək üçün kredit ayırdı. Hər halda, o idmançılar bundan başqa heç nəyə yaramadılar”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın