Ukraynanın Lutsk şəhərində sərnişinlərlə dolu avtobusu girov götürən şəxsin tutulmasının bəzi detalları bilinib. 

Belə ki, Ukrayna Prezidenti Vladimir Zelenski həmin şəxslə telefonla danışandan sonra onun qoyduğu şərtə əməl edəcəyinə söz verib. 

Terrorçu ümumi tələblərini çatdırıb, ölkədəki sistemdən narazılığını bildirib. O, dövlət başçısından vətəndaşları “Yer sakinləri” (“Earthlings”) filminə baxmağa çağırmağı tələb edib.

Prezident bu tələbə əməl edib. O, sosial media hesabında yaydığı videomüraciətdə deyib:

“2005-ci ilin “Yer sakinləri” filmi, hamı baxsın”.

Məlumat üçün deyək ki, “Yer sakinləri” – ABŞ istehsalı olan sənədli filmdir. Filmdə insanın heyvanlarla vəhşi rəftarı probleminə toxunulub.

Earthlings (Türkçe Altyazılı)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın