Zelenski Saakaşviliyə yüksək vəzifə təklif etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın keçmiş lideri Mixail Saakaşviliyə hökumətdə islahatlara nəzarət edəcək vəzifə təklif edib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Rusiya mətbuatı məlumat yayıb.

Prezident V.Zelenskinin Gürcüstanın eks-prezidentinə Baş nazirin müavini vəzifəsini təklif etdiyi bildirilir.

M.Saakaşvilinin ofisinin mətbuat xidmətindən bildirilib ki, bu cür təklif həqiqətən də müzakirə edilir, ancaq əvvəlcə siyasətçi “Xalqın xidmətçisi” fraksiyasının millət vəkilləri ilə görüşmək və islahatları müzakirə etmək niyyətindədir.

Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən ona islahatlar üzrə Baş nazir müavini vəzifəsinin təklif olunmasını “Facebook” hesabındakı paylaşımı ilə təsdiqləyən Mixail Saakaşvili bu cür təklifin onun üçün böyük şərəf olduğunu qeyd edib.

“Xalqın xidmətçisi” fraksiyası rəhbərinin müavini Yevgeniya Kravçuk da sözügedən informasiyanı təsdiqləyib və Saakaşvilinin aprelin 24-də millət vəkilləri ilə görüşəcəyini qeyd edib.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir