Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə koronavirusun (COVID-19) yayılması ilə bağlı xalqa müraciət etdi.

Strana.ua xəbər verir ki, koronavirus barədə o, “Facebook” hesabında video paylaşıb.

Ukrayna lideri Çernovçı şəhərində ilk sağalmış xəstə haqqında danışıb. O, koronavirus üçün təkrar test verən həmin şəxsin neqativ nəticə göstərdiyini deyib.

Zelenski eyni zamanda, ukraynalı mütəxəssislər tərəfindən koronavirusu müəyyən edən sınaq dəstinin hazırlandığını da bildirib.

O, xaricdən qayıdan 50 min ukraynalını yaxınlarına qayğı göstərərək özlərini təcrid etməyə çağırıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın