“Zara”, “Pull&Bear”, “Massimo Dutti” mağazalar şəbəkəsinin qurucusu, biznesmen Amansio Orteqa (Amancio Ortega) Microsoft-un təsisçisi Bill Qeytsi qabaqlayaraq dünyanın ən varlı insanlarının siyahısında birinci yerə yüksəlib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, bununla bağlı xəbəri cümə günü, sentyabrın 9-da, Forbes nəşri Dünyanın Ən Varlı İnsanları reytinq cədvəlində yayımlayıb.

Reytinqə əsasən, ispaniyalı iş adamının sərvəti 80 milyard dollar, Bill Qeytsin sərvəti isə 77,9 milyard dollar təşkil edib.

Dünyanın Ən Varlı İnsanı Bil Qeytsi Zaranın qurucusu Amansio Orteqa ötdü
Bill Qeyts (Bill Gates) – Microsoft şirkətinin qurucusu və rəhbəri

Qeyd edək ki, Amansio Orteqa “Zara” şirkətini həyat yoldaşı ilə birlikdə 1975-ci ildə açıb. İlk dükanı sevimli filminin qəhrəmanının adı ilə Zorba adlandırmışdı, ancaq qeydiyyat problemlərinə görə sonradan adı Zaraya dəyişməli olur.

 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın