Yuventus ardıcıl 7-ci dəfə futbol üzrə İtaliya A Seriyasının çempionu oldu

“Yuventus” klubu tarixində 34-cü dəfə və ardıcıl olaraq 7-ci dəfə futbol üzrə İtaliya A Seriyasının çempionu adını qazanıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Turin komandası buna A Seriyasının sonuna bir tur qalmış nail olub.

Juventus celebrate winning their fourth straight Coppa Italia!

XXVII turda səfərdə “Roma” ilə qolsuz heç-heçə edən “Qoca Sinyora” xallarını 92-yə çatdırıb. Meydan sahibləri 68-ci dəqiqədə Raca Nainqqolanın qırmızı vərəqə alması səbəbindən görüşü azlıqda başa vurublar.

Juve become #MY7H!

Qoca Sinyora 2017/2018 sezonunda İtaliya Seriya A-nın bitməsinə 1 tur qalmış çempionluğunu rəsmən elan edib. Yuve (Juventus) ardıcıl 7-ci, toplam isə 34-ci dəfə İtaliya çempionu oldu. Komandanın iki çempionluğu isə “Calciopoli” qalmaqalına görə əlindən alınmışdı.

“Yuventus”un ən yaxın izləyicisi “Napoli” səfərdə “Sampdoriya”nı 72-ci dəqiqədə Arkadiuş Milik və 81-ci dəqiqədə Raul Albiolun qolları sayəsində 2:0 hesabı ilə yenib. Bu qələbədən sonra Neapol komandası xallarını 88-ə çatdırsa da, liderdən 4 xal geri düşüb. Nəticədə “ağ-qaralar” son turun nəticəsindən asılı olmayaraq, ardıcıl 7-ci dəfə A Seriyasının qalibi adını qazanıblar. Xallarını 74-ə çatdıran “Roma” isə bürünc medal qazanma şanslarını son tura saxlayıb.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir