YPG – kürd terrorçularının baş komandanı Sipan Hemo, Türkiyəni Suriyada kürdlərin nəzarətində olan Afrin bölgəsinə hücum etmək düşüncəsindən daşındırmadığına görə Rusiyanı satqınlıqda günahlandırıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, o, bunu YPG-nin rəsmi səhifəsində bildirib.

“Faşist türk dövləti bütün dünyanın gözü qarşısında işğala və kürdləri kütləvi şəkildə öldürməyə başlayıb. Bu işğal və kütləvi qətllərə görə bütün dünya cavabdehlik daşıyır.” deyə Hemonun bəyanatında bildirilir.

YGP başçısı kürdlərin özəlliklə Moskvanın davranışından yanıqlı olduğunu vurğulayıb.

“Rusiya indi Türki dövlətinin müttəfiqidir və bizimlə döyüş astanasındadır. Rusiyayla bizim aramızda anlaşmalar olub, ancaq Rusiya bizi satmaqla, bu anlaşmalara məhəl qoymadı” – deyə kürd terrorçularının komandiri bildirib.

O, artırıb ki, indi kürdlər Moskvanın iç üzünü görüb, və Rusiya “prinsipsiz dövlətə çevrilib”.

Ankara yanvarın 20-si Afrin rayonunda Türkiyə Ordu baş qərargahının başçılığı altında kürd yaraqlı dəstələrə qarşı əməliyyata başlayıb. Quru qoşunlarla Suriya müxalifət güclərinin birləşmələrdən istifadə olunur.  Eyni zamanda hərbi aviasiyadan istifadə olunduğu bildirilir.

Habertürkün bildirdiyinə görə, türk silahlı gücləri son 48 saatda Afrin istiqamətində sərhəddən 7,5 kilometrə qədər irəliləyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Kremlin Afrindəki əməliyyatın gedişini yaxından izlədiyini bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın