Yeniyetmə Cüdoçular Arasında Azərbaycan Birinciliyi Keçirildi

Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında ölkə birinciliyi keçirilib. Azərbaycan Cüdo Federasiyasının təşkilatçılğı ilə keçirilən yarışda 69 klubdan 500-dən çox cüdoçu mübarizə aparıb. Çempionatın ən güclüləri cüdo üzrə yeniyetmələrdən ibarət milli komandanın heyətinə cəlb ediləcəklər.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytından verilən məlumata görə, yarışda 69 klubdan 500-dən çox cüdoçu medallar uğrunda mübarizə aparıb.

3 gün davam etmiş birincilikdə ölkənin bütün bölgələrini təmsil edən yeniyetmə cüdoçular qüclərini sınayıblar. Bölgə yarışlarının qalib və mükafatçıları, perspektivli idmançılar ölkə birinciliyində çempion adı uğrunda əzmkarlıq göstəriblər.

Yeniyetmələr Arasında Cüdo üzrə Azərbaycan Birinciliyi
Yeniyetmələr Arasında Cüdo üzrə Azərbaycan Birinciliyi

Azərbaycan birinciliyinin görüşlərini beynəlxalq və respublika dərəcəli hakimlər briqadası yönəldib. Yarışlardan öncə hakimlər və məşqçilər üçün seminarlar da keçirilib.

Birinciliyin ən güclü cüdoçuları Azərbaycanı Dünya və Avropa çempionatlarında, yeniyetmələrin olimpiya festivalında, Avropa kuboku yarışlarında təmsil edəcəklər.

Qeyd edək ki, yeniyetmələrdən ibarət Azərbaycan milli komandası 2017-ci ildə Çilidə keçiriləcək Dünya Çempionatı, Litvada Avropa Birinciliyi və Macarıstanda baş tutacaq Yeniyetmələrin Olimpiya Festivalında iştirak edəcək.


Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir