Yeni Nəsil Sahibkar Xanımlar Formalaşır

“Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində həyata keçirilən “New Generation” layihəsinin II mərhələsi sona çatıb. Beləliklə, layihənin əhatə etdiyi 4 iqtisadi region (Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala və Gəncə-Qazax) üzrə çalışmaları tamamlanıb.

Əhatə edilən iqtisadi regionlarda toplam 1114 “Yeni Nəsil” gənc növbəti “Sahibkarlıq bacarıqları”, “İdeya Generasiyası” və “Rəqəmsal Marketinq” təlimlərini yekunlaşdıraraq “New Generation” layihəsinin II mərhələsinin sonuna çatıb. Vurğuladığımız regionlarda baş tutan təlimlərdə xanımların layihəyə böyük marağı gözə çarpıb. Təlimlərə qoşulmuş toplam 1114 gəncin 72 %-i xanımlardır. İqtisadi regionlar arasından Şəki-Zaqatala regionundan olan nəticələr xanımların sahibkarlığa olan təşəbbüsünün böyük olması isə sevindirici hal yaradır. Belə ki, Şəki-Zaqatala iqtisadi regionda gender nisbəti 98%-in 2%-ə olub. “New Generation University”-nin əhatə etdiyi təlimlərə qoşulan xanımların çoxu sosial, təhsil, kənd təsərrüfatı və xidmət sahələrinə yönümlü layihələrə üstünlük verib.

Onu da vurğulayaq ki, “New Generation” layihəsi “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində “Coca-Cola Foundation”-un dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə 2018-ci ildə həyata keçirilməyə başlayaraq ölkə miqyasında 4 iqtisadi regionu əhatə edir. Layihənin başlıca məqsədi ölkə ərazisində gəncləri sahibkarlığa cəlb həvəsəndirmək və mövcüd biznes ideyaları daha da inkişaf etdirərək startap ekosisteminə qoşmaqdır. 1 il davam edəcək “New Generation” layihəsi Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi regionlarında yerinə yetirilir. Layihəyə qoşulan gənc sahibkarlar ümumilikdə 4 mərhələdən keçəcək.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Yeni Nəsil Sahibkar Xanımlar Formalaşır” üçün bir açıqlama

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir