Yeni 2017-ci ilin ilk 2 həftəsi Azərbaycanda 19 nəfər özünü öldürüb, daha 6 nəfər isə intihara çalışsa da, onların həyatı xilas edilib. Bu məlumatı YALAN.info Online Xəbərlər və İnformasiya Saytı AzVision.az-nun yerli mətbuatla qaynaqlanan statistikasına əsasən verir.

İlk intihar olayı Hacıqabulda yeni il axşamı qeydə alınıb: Hadisə rayonun Nəvahi stansiyası adlanan yerindəki restoranlardan birinin yaxınlığında qeydə alınıb. 1979-cu il doğumlu yerli sakin Nüsrət Ramiz oğlu Baxşıyevin meyiti asılmış durumda aşkarlanıb.

Ümumiyyətlə, intihar daha çox bölgələrdə qeydə alınır.

Hacıqabulda 1966-cı il doğumlu Məmmədova Zöhrə Məmmədcəfər qızı, Cəlilabadda 19 yaşlı Tünzalə Əliyeva, Neftçalada 18 yaşlı Bəşirov Coşqun Ceyhun oğlu, Şəkidə 1996-ci doğumlu Əliyev Murad Eldar oğlu, Şəmkridə 1977-ci il doğumlu Maisə Musayeva, Qubada 1974-cü il doğumlu Eldarov Eldar Əliməmməd oğlu, Gəncədə 1955-ci il doğumlu Abdullayeva Validə Tofiq qızı, Biləsuvarda 1985-ci il doğumlu Elşən Möhübbət oğlu Nəciyev və Zaqatalada 1965-ci il doğumlu Eldar Həsən oğlu Ramazanov başqa-başqa yollarla özünü öldürüb.

Bakıda isə 14 günə 27 yaşlı Müslümov Natiq Tahir oğlu, 53 yaşlı Anatoli Mehdiyev, 1958-ci il doğumlu İradə Musayeva, 1980-ci il doğumlu Ramidə Bağırova, 40 yaşlı Leyla İsmayılova, 1984-cü il doğumlu Əsədov Vaqif Alı oğlu, Bakıda yaşayan Şakir Cavadov, 1969-cu il doğumlu Azər Əkbər oğlu Süleymanov canına qəsd edib.

Bundan başqa, Bakıda ciddi rejimli cəzaçəkmə müəssisəsində də məhbus özünü öldürüb.

Orada cəza çəkən 1984-cü il doğumlu Aslanov Mahir Nazir oğlu müəssisənin yaşayış sahəsində yerləşən idman kompleksindəki meydançanın tavanından özünü şalvarının kəməri ilə asıb.

2017-ci ilin ilk iki həftəsində intihar edərək həyatına son qoymaq istəyən şəxslərin bəziləri xilas edilib.

Belə ki, 21 yaşlı F.S. İnşaatçılar prospektində yerləşən 38 nömrəli binanın 4-cü mərtəbəsindən özünü yerə atıb. Yaralı binada yaşayanların yardımı ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

39 yaşlı A.Q bir neçə dərman həbi, 1996-cı il doğumlu Qasımzadə Sevər, 1972-ci il doğumlu Mikayılova Səbinə Eldar qızı və 1979-cu il doğumlu Kərimov Vasif Elmirəvan oğlu sirkə turşusu içərək intihara cəhd edib.

Eyni zamanda 1943-cü il doğumlu Məlikov Qəndalı Hüseyn oğlu özünü öldürmək məqsədilə özünə bir neçə bıçaq zərbəsi vurub. Ancaq həkimlərin səyi nəticəsində hər üç şəxsin həyatı xilas edilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın