İdlib əyaləti Suriya üçün böyük təhlükə kəsb etməyə başlayıb, çünki burada 50-100 min müxalif cəbhəninin döyüşçüləri toplaşıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, rusiyalı ekspert Denis Korkodinov İdlibə nəzarətə bu qədər böyük diqqət yetirilməsi ilə bağlı Oxu.Az-a açıqlamasında danışıb.

Ekspertin sözlərinə görə, bu region Suriyanın suverenliyinin bərpasında strateji önəmi var, çünki İdlib əldən çıxsa, Dəməşqin durumu çox ağır olacaq. Və bütün Suriyanın taleyi bu gün məhz İdlibdə həll olunur.

“İdlib əyalətində uzun illər boyu Bəşər Əsəd rejiminə müxalif olan müxtəlif silahlı qruplaşmalar yaradılıb. ABŞ və Rusiya, eləcə də, ABŞ və Türkiyə arasında gərgin əlaqələri nəzərə alsaq, burada durum nəzarətdən çıxa bilər. Bu əlaqələrdə Suriya çox rahatsız mövqe tutub.

Dəməşqə hücum edən tərəflərin anlaşmadığını nəzərə alsaq, onların əldə olanlarla yetinməyəcəyi, Suriya dövlətini tamamilə dağıdacağı riski çox yüksəkdir”, – müsahibimiz bildirib.

Korkodinov əlavə edib ki, Türkiyə Suriya hökumət güclərinin İdlibə gözlənilən hərbi əməliyyatları fonunda çətin duruma düşüb. Bir tərəfdən, Ankara regiondakı nüfuzunu itirməklə üz-üzədir, başqa tərəfdən, Rusiya ilə münaqişə yaşaya bilər.

“Suriyanın İdlib vilayətinə quru əməliyyatları məsələsi həll olunub. Rusiya tərəfindən dəstəklənən Suriya prezidenti Bəşər Əsədə sadiq güclər ən yaxın vaxtlarda hücuma keçmək niyyətindədir.

Türkiyənin İdlibdə hərbi varlığının olması onların Rusiya gücləri ilə toqquşması təhlükəsini yaradır. Tamamilə əmin olmaq lazımdır ki, İdlibə hücum zaman məsələsidir.

Bəşər Əsəd də İdlibdə Suriyanın taleyinin həll edildiyini tamamilə anlayır. Vilayətdə baş verən olaylar Türkiyəni rahatsız edir, çünki münaqişə yeni miqrant axınına səbəb ola bilər. Türkiyə isə bununla təkbaşına mübarizə apara bilməyəcək.

Beləliklə, yaranmış durum İdlibdə Rusiya və Türkiyə maraqlarının bölünməsi üçün obyektiv şərait yaradır”, – ekspert vurğulayıb.

Arayış

Suriyanın şimalında yerləşən İdlib bölgəsi prezident Bəşər Əsəd güclərinin sonuncu böyük istinadgahıdır. Ancaq bugünədək onun kimin nəzarətində olduğunu demək olmur. KİV-in məlumatlarına görə, İdlibdə “Əl-Qaidə” ilə əlaqəli olan 100 mindən çox terrorçu var.

Rusiya bildirib ki, İdlibin 70 faizdən çox hissəsi terrorçuların nəzarətindədir.

Amerikalı hərbi ekspertlər İdlibdəki terrorçuların sayının 20-30 min olduğunu bildirirlər. BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura bir müddət öncə terrorçuların sayının 10 min olduğunu açıqlayıb.

Rəsmi məlumatlara görə, İdlibdə ümumilikdə üç milyon insan yaşayır. Son yeddi ildə regionun minlərlə sakini Əsədə qarşı silahlı mübarizəyə qoşulub, ancaq İdlibdəki suriyalıların böyük hissəsinin bu münaqişəyə aidiyyəti yoxdur.

Kim kimdir?

İdlibdə əsas fəaliyyət göstərən güclər:

“Hayat Təhxrir əl-Şam” (bu, “Ən-Nusra terrorçularının dəstəsidir);

Milli Azadlıq Cəbhəsi (Türkiyənin dəstəklədiyi qruplaşma);

“Xurras əl-Din” (“Hayat Təhxrir əl-Şam” qruplaşmasından ayrılmış dəstə):

Türkistan İslam Partiyası (Çin uyğurlarından qurulmuş qruplaşma).

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın