Yalan Sözü Azərbaycan Dilində Nə Deməkdir: Çevrilməsi və Anlamı

YALAN: (isim) Aldatmaq üçün deyilən əsilsiz söz (doğru, gerçəyə qarşı).

Yalan söyləmək. – Surxay öz yalanından utanıb qıpqırmızı oldu. (M.Hüseyn)

Yalan danışmaq – Yalançılıq etmək, doğru söyləməmək, danışarkən həqiqəti gizlətmək. [Kişi:] Bütün rayon onu da bilir ki, bu bir ildə mən hələ yalan danışmamışam. (İ.Hüseynov)

Yalan satmaq – aldatmaq, yalan demək. Yalan satar tamam bir-birinə; Zahirdə ittifaq, batində nifaq. (Q.Zakir) [Sultan:] Bütün rayon bilir ki, Sultan Əmirliyə yalan satmaq adama çox baha oturur. (İ.Hüseynov)

Yalan yerə – yalandan, yalan olaraq, aldatmaq üçün; nahaq, səbəbsiz.

Yalan(a) çıxmaq – əsli olmadığı meydana çıxmaq, düz çıxmamaq.

Yalanı çıxmaq – doğru danışmadığının üstü açılmaq, sözlərinin yalan olduğu aşkara çıxmaq.

Yalanını tutmaq – düz danışmadığını ifşa etmək, danışdığı sözlərin əsilsiz olduğunu bəlli etmək. Hər kəs istəyir ki, mənim yalanımı tutsun, təvəqqe edirəm, bu yazdığıma yaxşı diqqət eləsin. (C.Məmmədquluzadə)

YALAN: (sifət) Düz olmayan, əsli olmayan, qeyri-həqiqi, gerçək olmayan; uydurma. Yalan söz. Yalan xəbər. Yalan vədlər. – Müridlərdə bütün bidəti, cinayəti, fisqi; Yalan hədisləri rövzəxanda görməli imiş. (M.Ə.Sabir)

…yanında yalandır – müqayisə bildirir. Kəşfiyyat quyusundan elə neft çıxır ki, onun yanında Suraxanı nefti yalandır. (M.Hüseyn)

Qaynaq: azerdict.com

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Yalan Sözü Azərbaycan Dilində Nə Deməkdir: Çevrilməsi və Anlamı” üçün 26 açıqlama

  1. Yalanın ən böyük düşməni düzgünlükdür.
    (İmmanuil Kant)

    Yalan demək insanı içdən rahatsız edir, doğru danışmaq isə ucaldır.
    (Harri Kon)

    Yalançı yalançıdan ehtiyatlanar.
    (Jan Labrüer)

    Yalançı başqalarını aldatdığını düşünür, əslində isə özünü aldadır.
    (Fransua de Laroşfuko)

    Yalan qartopu kimidir – diyirləndikcə artıb böyüyür.
    (Martin Lüter)

    Ustalıqla deyilən yalanın da gec-tez üstü açılır.
    (Moris Meterlink)

    Yalaçılıq ən alçaldıcı və iyrənc qəbahətdir.
    (Mişel de Monten)

    Yalan çox vaxt zərurətdən deyil, biganəlikdən doğur.
    (Andre Marua)

  2. Yalan ola bilsin bir problemi həll edə bilər, ancaq özüylə daha yüz problem gətirər. (Uilyam Porter)

    Yalanlar silsilə dağlar kimidir: bir-birinin ardınca düzülür. (Corc Fuller)

    Yalanın ən böyük gücü onun tez yayılmasındadır. (Nazim Hikmət)

    Yalan danışmaq oğruluq etmək qədər alçaq işdir. (Jül Renar)

    Ən qorxulu yalanlar gecələr uydurulur. (Robert Lyuis Stivenson)

    Üç növ yalançı var: xam yalançı, and içən yalançı və heç vaxt yalan söyləmədiyini iddia edən yalançı. (Nikola Sebastyan Şamfor)

    Yalan min oyundan çıxsa da, heç vaxt doğruya çevrilə bilməz. (Rabindranat Taqor)

    Min yalan bir doğruya dəyməz. (Qətran Təbrizi)

    Yalançının ipiylə quyuya düşən quyuda qalar. (Azərbaycan atalar sözü)

    Yalanla dünyanı dolaşmaq olar, ancaq geri dönmək olmaz. (Azərbaycan atalar sözü)

    Yalançılığı tərgitmək tiryəki tərgitmək qədər çətindir. (İngilis atalar sözü)

    Qara əlləri ağ əlcəklərlə gizlədirlər. (İspan atalar sözü)

    Şirin yalandansa acı doğru yaxşıdır. (Özbək atalar sözü)

    Yalan oğruluğa atılan ilk addımdır. (Yapon atalar sözü)

    Mübaliğə dürüst adamların yalanıdır. (Jozef de Mestr)

    Günah işləməyin bir çox yolları var, yalan isə bunların hamısına uyğun gələn sapdır. (Oliver Vendel Holmes)

    Yalanın yoldaşı, doğrunun isə düşməni çoxdur. (Emil de Jirarden)

    Həqiqət ayaqqabılarını geyməmiş yalan dünyanı üç dəfə gəzir. (Mark Tven)

    Yalan qədər insanı alçaldan bir şey yoxdur. (Anton Pavloviç Çexov)

    Yalançı-bacaları qaraldan histək insanların da içini qaraldar. (Aleksandr Sergeyeviç Puşkin)

    Yalançının cəzası insanların ona inanmaması deyil, onun heç kəsə inanmamasıdır. (Bernard Şou)

    Hər kəsi bir dəfə, bəzilərini isə hər zaman aldada bilərsiniz.
    Ancaq hər kəsi hər zaman aldada bilməzsiniz. (Avraam Linkokln)

    Üç növ yalan vardır: bəsit yalan, quyruqlu yalan və statstik yalan. (Bencamin Franklin)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir