Yalan danışmaq normal hal sayılmasa da insanlar bunu adiləşdirib, vərdişə çevirirlər. Ona görə də yalanın nə qədər və hara qədər təhlükə funksiyasını yerinə yetirməsi bəzən yetərincə qorxulu görünmür. Əlbəttə, bəzi yalanlar var ki, qısamüddətli olur və elə bir problem doğurmur. Ancaq yalanın sindroma çevrilməsi vəziyyəti bir az qəlizləşdirir. Elə saytımızın adının “YALAN.info” olması sizi bu sindromla vaxtaşırı tanış etmə zərurəti yaradır.

“Simulyasiya” terminini daha çox futbol oyunlarından eşitsək də təbabətdə və gündəlik həyatda da bu tip sindromlara rast gəlmək olur. Bu simulyasiyaları özündə daşıyan ən məşhur sindrom “Münhauzen sindromu”-dur.

Baron Münhauzen kimdir?

Əsl adı Karl Fridrix İeronim Fon Münhauzen olan bu şəxsi bəzi eruditlər zarafatla “Marksın ve Engelsin adaşı” da adlandırırlar. Geniş kütlə isə onu 1781-ci ildə Berlində nəşr olunan “Şən insanlar üçün yol göstəricisi” adlı jurnalda çıxan 16 kiçik hekayədən ibarət əsərlə tanıdı. Həmin əsərin müəllifi Rudolf Erix Raspe sonralar bura başqa əlavələr edərək 34 yalandan ibarət “Baron Münhauzenin sərgüzəştləri” adı altında təkrar nəşr etdirdi.

Sovet İttifaqında isə Münhauzen daha çox Rusiyalı dramaturq Qriqori Qorinin yazdiğı və bu əsər əsasında Mark Zaxarovun 1979-cu ildə ekranlaşdırdığı “Həmin Münhauzen” adlı filmi ilə populyarlıq qazandı.

1735-1739-cu illərdə Rusiya-Türkiyə muharibəsində iştirak etmiş bodenverderli bu rotmistr tarixi şəxsiyyət olduğunu çoxdan sübut etsə də, hələ də insanlar onu ədəbi personaj kimi xatırlayırlar. Deyilənlərə gorə, baron o qədər baməzə adam olub ki, hətta həyatının sonunda belə öz zarafatından geri qalmayıb. Evdə ona qulluq eden qulluqçusu Rusiyada xidmət zamanı iki barmağını donvurmadan itirən Münhauzendən bu hadisənin necə baş verdiyini soruşanda, baron özunəməxsus zarafatıla “ağ ayı dişləyib” deyib.

3 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın