Yalan – ən çirkin günah və bir çox pis durumların qaynağıdır. Yalan kəbirə günahlardan sayılır. Quran və hədislər bu əməli hər zaman çox ciddi olaraq qadağan etmişdilər.
Yalan qalan günahların qaynağına çevrilə bilər. Çünki bütün günahların açarı yalandır. Dünyamızda və ğlümdən sonra insanı İlahi rəhmətdən məhrum edər. İnsanların ona güvəni azalar və toplumu qarşıdurmalara çəkər.
Yalan danışmaq doğru olmayan sözü deməkdir. Yalançılar hər zaman çalışırlar ki, öz yalanları ilə öz çirkin istəklərinə çatsınlar. Bunun üçün yalançı həmişə insanların inancından yararlanır və hətta Allaha, Peyğəmbərə (s) yalandan and da içə bilər.
Quran hər bir insanı ağıllı olmağa doğru çəkər. Quran qanacaq baxımından bütün əyriliklərə qarşı çalışır və eyni zamanda da yalana qarşıdır. Yalanın yollarını, gördüyü işləri və sonunu bizə tanıdar. Yalançı insan Allahın lənətinə düçar qalar.
Müqəddəs Quran buyurur: “Onun köynəyinin üzərində yalançı qan gətirdilər. (Ata) dedi: «(Siz dediyiniz kimi deyildir. Canavar Yusifi nə cür yeyib ki, köynəyini parçalamayıb?) Əksinə, istəkləriniz (pis) işi gözünüz önündə gözəl göstərmişdir. Buna görə də gərək gözəl bir dözüm edim. Sizin dediklərinizlə bağlı yalnız Allahdan yardım diləmək gərəkdir»”. (“Yusif” 18).

İnanan – İnanclı İnsan Yalan Danışmaz

Doğurdan da inanclı birisi heç bir zaman bu çirkin işi görməz. Bir gün Həsən ibn Məhbub İmam Sadiqdən (ə) soruşur: “Ola bilərmi ki, inanclı insan paxıl olsun?”. İmam (ə) buyurdu: “Hə”. Soruşdu: “”Qorxaq ola bilərmi?”. Həzrət (ə) buyurdu: “Hə”. Soruşdu: “İnanclı birisi yalan danışmaz?”. İmam (ə) buyurdu: “Yox. Bil ki, inanclı insan satqın deyildir. Əmin ol ki, inanclı insanın hər bir üzü ola bilər, ancaq satqınçılıq və yalana bulaşmaz”.
İnsan ən kiçik yalan danışanda belə, qorxu ondan uzaqlaşar və insan daha böyük günahlara doğru addım atar. İmam Səccad (ə) bununla bağlı oğluna buyurur: “Yalandan istər kiçik olsun, istərsə də böyük, istər ciddi olsun, istərsə də zarafatla – çəkin. Çünki o zaman ki, insan kiçik yalan danışar, böyük yalan danışmağa da gücü çatar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman bəndə yalan danışsa, əməlindən yaranmış pis iy gələr ki, mələk ondan bir mil ara saxlayar”.
İmam Baqir (ə) buyurur: “Allah Təala pisliklər üçün qıfıl buyurmuşdur və o qıfılın açarını şərab olaraq vermişdir. Yalan şərabdan da pisdir”.
İmam Sadiq (ə) buyurur: “Yalançının cəzasından biri budur ki, Allah ona unutqanlığı qoşar”.
O kəs ki, yalan danışar – əslində fırıldaqçıdır. Belə ki, Allaha baş əymək yolundan çıxmış olar və günaha doğru gedər.
“Ey iman gətirənlər! Əgər bir fırıldaqçı sizə bildirsə, onu araşdırın ki, məbada, bilmədən bir yardıma ziyan yetirəsiniz və sonra etdiyinizdən peşman olasınız”. (“Hucurat” 6). Bu ayədə yalançı fasiq kimi bəyan edilmişdir.
Allahın yalançıya acığı tutar. “Əgər yalançılardan olsa, Allah ona lənət etsin!”. (“Nur” 7).
Gecə namazından uzaq qalar. İmam Sadiq (ə) buyurur: “Doğurdan da, elə olur ki, insan yalan danışır, ona görə də gecə namazından uzaq qalır”.
Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) önərir: “Ey Əli! Yalandan çəkin, çünki üzün qaralmasına gətirib çıxarar. Sonra insan Allah yanında yalançı sayılar”.
İnsan nə qədər yalan danışırsa-danışsın, doğru gec, ya da tez üzə çıxacaqdır. Şübhəsiz ki, Allah bu əməli boş yerə qadağan etməmişdir. Belə ki, İmam Əli (ə) yalanın sonu ilə bağlı buyurur: “Yalançı öz yalanı ilə üç şey əldə edər: özünə qarşı Allahın acığını, insanların özünə qarşı pis baxışını, mələklərin ona düşmənçiliyini”.

Həzrət Peyğəmbər (s) buyurur: “Yalan qazancı azaldar”

İmam Baqir (ə) buyurur: “Yalan, inancı darmadağın edər. Ona görə də İmam Əli (ə) yalanı bu dünyada onursuzluq, ölümdən sonra isə ağrı çəkmək kimi dəyərləndirmişdir”.
İmam Əli (ə) “Nəhcul-bəlağə”də yazır: “Yalan danışmaq yolu axəril-zamanın nişanəsindəndir. Düzgünlük insanların arasından gedər və yalan yayılar. İnsanlar dildə bir-biri ilə yoldaş və içlərində bir-biri ilə düşmən olarlar. Günahla batarlar. Heyran qalaraq çaşarlar”.
Hədislərin birində oxuyuruq ki: “O kəs ki, yalançı və şükürsüzdür, birincilik olmaz”.
Beləliklə, bu çirkin üzdən uzaq olaq və ən kiçik yalan belə danışmayaq ki, böyük yalanlar danışmaq üçün üzümüz olmasın.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın