Sağlam düşüncəli bir insan üçün yalan danışmaq ən dəhşətli və qorxunc bir sosial fenomendir. Çünki bununla cəmiyyətlər məhv ola və cəmiyyətin fərdləri arasındakı inam, etibar duyğusu yoxa çıxa bilər. Sonucda insanlar bir-birilərinin söz və gördüyü işlərlə bağlı özlərini rahat və güvəndə duymaq yerinə bir-birindən şübhələnməyə başlaya bilərlər.

Müqəddəs Quranda buyurulur: Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydurur. Yalançılar elə onlardır. [ən-Nəhl, 105].

Yalan danışmağın xoşagəlməz nəticələri hələ İslam dini bunu məzəmmət etməzdən öncə sağlam düşüncəli insanlara yaxşı məlum idi. Belə ki, İslamın gəlişindən öncəki cəhalət dövründə insanlar özlərinin yalançı kimi vəsf olunmasına nifrət edərdilər. Bir çox valideyn uşaqlarının yalan danışmasına görə özlərini rahatsız hiss edir. Ancaq adətən onlar yalanın bütün növlərini bir başlıq altında təsnif etməklə səhvə yol verir və buna əsaslanaraq da çətinliyi həll etməyə çalışırlar. Böyüklərin danışdığı yalan ilə cəzadan qorunmaq və ya öz düşüncə, xəyallarının təsiri altında qaldığından dolayı uşaqların istifadə etdikləri “yalanlar” arasında böyük bir fərq vardır. Deməli, himayədar və yaxud tərbiyəçi uşağın belə bir metoda əl atmasına, belə bir xüsusiyyətin onda yaranmasına gətirib çıxaran şərtlərin nə olduğu araşdırmalıdır. Valideyn nə qədər ki, övladının davranışını tədqiq edir, ona doğru yolu öyrətmək və yönəltməklə yanaşı ona qarşı sevgi və şəfqət duyğularını ifadə edirsə uşaq, eləcə də onun ailəsi hər zaman bu cür şeylərdən sağ-salamat qalacaqdır.

Uşağa yalan danışmağı öyrətməkdə ailənin rolu

Ata öz övladına həddiyyə alacağını, ya da həftə sonunda onu gəzintiyə aparacağını söz verir. Ancaq hansısa bir səbəbdən verdiyi sözü tuta bilmir; əgər bu cür davranış təkrarlanırsa uşaqlarında belə bir düşüncə formalaşacaq ki, deməli bir kəs əslində bunu nəzərdə tutmadığı halda başqa bir söz söyləyə bilər…yəni yalan danışmaq olar. Beləliklə də, uşaqlar yalan danışmağı özləri üçün örnək kimi gördükləri atalarından birbaşa öryənmiş olurlar.
Ya da uşağın anası qonşudan bir şey borca götürür və qonşusuna yalandan üzrxahlıq edir ki, götürdüyü əşyanı qızının yanında qaytarmaq istəmir, halbuki qızı yaxşı bilir ki, onun bu üzrü yalandır və beləliklə də ana öz qızına yalan danışmağı öyrədir, baxmayaraq ki, ananın özü yalan danışdığını anlamır.

Valideyn öz övladına telefona cavab verməyi və zəng edənə onun evdə olmadığını söyləməsini buyurur, əslində isə uşağa yalan danışmağı öyrədir. Beləliklə də uşaq bu cür pis vərdişlərə yiyələnərək boya başa çatır.

Valideynin davranışı ilə bağlı təhlükə budur ki, uşaqlar valideynlərinin hər hansısa bir səbəbdən və ya İslama görə üzrlü hesab edilən müəyyən şərtlər altında qalaraq yalan danışdığını başa düşmürlər və ona görə də uşaqlar həyatlarında bütün şərtlər altında yalan danışmağı ümumiləşdirirlər. Üstəlik, evdə hökm sürən son dərəcə sərt abu-hava və sevgi mühitinin olmaması, bir şey etdikdə bağışlamamaq və atanın anlayışlı olmaması uşaqları yalan danışmağa həvəsləndirir.

Uşağa yalan danışmağı öyrətməkdə cəmiyyətin rolu

Sevgi, bağlılıq və İslam qardaşlığı ilə bir-birinə pərçimlənən, istənilən bir kəsi əziyyət çəkdikdə başqa üzvlərinin ona qayğı və mərhəmət göstərmək üçün yardımına qaçdığı Müsəlman cəmiyyəti ilə video kassetlər və ya televiziya filmləri ilə bizim uşaqlarımızın da məruz qala biləcəyi müasir cəmiyyətlər arasında böyük bir fərq vardır. Bu cəmiyyətlər saxta münasibətlər əsasına söykənir. Məsələn, bir işçi onu işə götürəni onda olmayan özəlliklərinə görə tərif edir ki, müdiri razı salsın və özündə layiq olmadıqlarını, məsələn, vəzifədə yüksəlmə, məvacibin artırılması və b. qazansın.

Yalan danışmağa gətirib çıxaran səbəblər

Bir uşağın danışdığı yalanların müxtəlif növləri ola bilər və bu cür davranışlarına gətirib çıxaran səbəbə əsaslanmaqla bunların arasında ən geniş yayılmış formaları aşağıdakılardır:

Yaradıcı düşüncənin basqısı altında qalaraq yalan danışmaq

Yalanın bu növü adətən uşaqlarda özünü şiddətli yaradıcı düşüncə şəklində göstərir. Belə ki, uşaqlar öz düşüncələrində bir şey barədə düşünürlər və öz ağıllarına görə bunun doğru olduğunu bilirlər. Tutaq ki, uşağın yadına düşür ki, atası evə buynuzlu keçi gətirmişdi. Bunu yadına salır və ağlayır, yalvarır ki, atası ona əvvəlki heyvanda olduğu kimi buynuzlu, ancaq bu dəfə it gətirsin. Bu sözün əsl anlamında yalan deyil və bu vaxt valideyinin üzərinə düşən vəzifə uşağı onun başa düşdüyü, anladığı səviyyəyə uyğun olaraq yönləndirməkdir ki, uşaq xəyali şeylər ilə real şeylər arasındakı fərqi müəyyən edə bilsin. Bundan başqa, belə uşaqları yalan danışmaqda günahlandırmaq, ya da cəzalandırmaq olduqca yanlış bir davranış olar.

Yalnış anlamaqdan dolayı yalan danışmaq

Bir sıra uşaqlar real həyatda təsəvvür etdiklərini dolaşıq salır və əqli qabiliyyətindəki zəiflik səbəbindən bunların ikisi arasındakı fərqi müəyyən edə bilmir. Ola bilsin ki, bir nağıl eşitsinlər və nağılın bəzi obrazlarında cüzi dəyişiklik etməklə bunu bir doğru olay kimi danışsınlar. Başqaları isə ola bilsin ki, yuxu görsün və yuxunu əslində baş vermiş kimi danışsın.

Yalan iddialar irəli sürməklə yalan danışmaq

Uşaqların bu cür yalana əl atmalarının səbəbi başqa uşaqlarda olan şeylərdən özlərini məhrum duymasından irəli gəlir. Bir uşaq başqa uşaqlara özündə müəyyən bahalı və gözəl oyuncaqların, ya da atasının böyük var-dövlətinin və dəbli evinin olduğunu söyləyə bilər. Bu yalanı həyata keçirməyin başqa bir yolu məktəbə getməmək üçün uşağın özünü xəstə kimi göstərməsidir. Uşağı bu cür yalana sürükləyən iki amil var:

Birincisi: Varlı valideynləri, gözəl evləri, ya da bahalı oyuncaqları barədə danışan yoldaşları qarşısında lovğalanmaq və onlar ilə eyni səviyyədə olduğunu göstərməyə çalışmaq.

İkincisi: Valideynlərin sayğısını qazanmağı qarşısına məqsəd qoymaq; Yalanın bu növü o zaman baş verir ki, uşaq duyur ki, onun qardaşları və ya bacılarına daha çox diqqət yetirilir, onlara üstünlük verilir. Deməli, valideynlər mütləq bunun arxasında duran səbəbləri başa düşməli, müalicə etməli və uşağın özünü məhrum duyduğu ehtiyaclarını yeirnə yetirməyə çalışmalıdılar.

İstəyinə çatmaq üçün yalan danışmaq

Uşaq yalanın bu növünə o halda üz tutur ki, valideynlərinin ona istəyinə çatmasına mane olduğunu duyur; örnək olaraq, oyuncaq istəyir, ancaq bilir ki, atası bunu heç vaxt alan deyil və beləliklə də, yalana əl atır. Məsələn, iddia edir ki, məktəbdən bu qədər pul istəyirlər. Halbuki bu pul ilə o öz istəyinə çatmaq istəyir.

1 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın