Xəzər İnşaat Həftəsini BakuBuild 2016 Beynəlxalq İnşaat Sərgisi açacaq

19-22 oktyabr 2016-cı il tarixində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sektoruna həsr olunmuş irimiqyaslı tədbir – 22-ci Azərbaycan Beynəlxalq İnşaat BakuBuild 2016 sərgisi öz işinə başlayacaq və Xəzər İnşaat Həftəsi-nə start verəcəkdir.

Bununla bağlı “Iteca Caspian” şirkətindən YALAN.info Online Xəbərlər və İnformasiya Saytına bildirilib.

Müxtəlif ölkələri təmsil edən mütəxəssislərin uzun müddət səbirsizliklə gözlədikləri BakuBuild 2016 sərgisi tikinti və memarlıq, eləcə də layihələndirmə və təmir işləri sahəsində təşkil olunan mühüm peşəkar tədbirdir.

Bu il BakuBuild 2016 sərgisinə dünyanın 23 ölkəsindən 400-dən artıq şirkətqoşulacaq və sərginin ekspozisiyası Bakı Ekspo Mərkəzinin hər 3 pavilyonunu əhatə edir. İtaliya, Almaniya, BƏƏ və İran sərgidə öz milli pavilyonları ilə təmsil olunacaq. Həmçinin Türkiyə də bu tədbirdə nəhəng ekspozisiya ilə iştirak edəcəkdir. BakuBuild 2016 sərgisində keramika, üzlük daşlar, mərmər, lak-boya materialları, qapı və pəncərələr, interyer, dam və döşəmə örtükləri, metal və bürünc məmulatlar, eləcə də inşaat texnikası kimi tikinti materiallarının bütün çeşidləri təqdim olunacaq.

Builki sərgi həm yerli, həm də xarici şirkətlərin təklif etdikləri yeniliklərlə fərqlənir, belə ki, bu yeniliklər arasında Azərbaycanda ilk dəfə Vibrostone şirkəti tərəfindən təqdim olunacaq Color Mix (bir neçə boyanın qarışığı), maye rezin (Azbuild MMC şirkəti), elektrikli buxarı (Liniya ASC), elastik kirəmitlərin yeni seriyası (Technonicol şirkəti), abraziv materiallar (Klingspor) və bir sıra başqa məhsullar yer alır.

BakuBuild 2016 sərgisinin sponsoru qismində Corella markası (NB Group şirkəti) və Akkord Cement şirkəti, informasiya tərəfdaşı qismində isə Dom i İnteryer (Ev və İnteryer) çıxış edir.

Beləliklə, BakuBuild 2016 sərgisində aktual xidmət və məhsulların geniş çeşidi, eləcə də tərəfdaşlarla ünsiyyət və bir sıra digər imkanlar təqdim olunacaq.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir