Xanımlar və Cənablar, Maşın Realiti Şousunun 15-ci Sürəti Gəlir

Maşın Realiti Şousunun 15-ci sürəti “Xanımlar vs cənablar” adlı yeni buraxılışı 8 oktyabr saat 22:15-də ATV telekanalında yayımlanacaq. Şounun yayımı 18 gün davam edəcək. Buraxılışlar hər zaman olduğu kimi, canlı yayımlanacaq və avtomobil ətrafında yenə 18 iştirakçı dayanaraq, yarışa başlayacaq.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, layihənin aparıcısı Əməkdar artist Murad Dadaşov, baş redaktor Tural Sevdimalı və layihə rəhbəri Toğrul Məmmədov bu gün media nümayəndələri ilə görüşərək, şounun yeni sürətiylə bağlı geniş bilgilər verib və jurnalistlərin suallarını cavablandırıblar.

Maşın Şou 15 “Xanımlar və Cənablar” – Anons

“Bu yubiley buraxılışında iştirakçılar cinsi bərabərlik prinsipi ilə bölünür: 9 kişi və 9 qadın iştirakçı. Çəkiliş meydançası və yayım otaqları yenidən Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının pavilyonunda qurulur. Studiya çağdaş dekorasiya və işıqlandırma qurğuları ilə, eləcə də, çəkilişlərin aparılması üçün ən son model avadanlıqlarla təchiz olunur. Burada yeməklər və gözəllik guşələri də düşünülür.

Təntənəli və gözəl açılış zamanı yeni buraxılışa qoşulacaq tanınmışlar izləyicilərə tanıdılacaq və onlarla bağlı çəkilmiş özəl tanıtım çarxları yayımlanacaq. İştirakçılar arasında həm yeni, həm də öncə şouda mübarizə aparmış tanınmışlar var.

Sözügedən açılış bitdikdən sonra qaydalara görə, hər bir iştirakçı MGP-nin özəl təyinatlı əməkdaşları ilə düşünülmüş otelə yollanacaq və sonrakı gecədən başlayaraq şouda səsvermənin sonucuna uyğun olaraq bir iştirakçı oyundan çıxacaq. Bu durum avtomobilin yanında 3 iştirakçı qalana qədər davam edəcək və son üç iştirakçı bilindiyi gün final başlayacaq. Hər dəfə olduğu kimi, bu dəfə də avtomobilin yanında ən çox qala bilən iştirakçı qalib olacaq və o, sayca 15-ci qalib kimi Maşın Realiti Şounun tarixinə düşəcək. Qalibə Nissan Altima avtomobilinin “restyle” edilmiş modeli veriləcək. Avtomobil hələ satışa çıxarılmayıb. Dəyəri haradasa 60 min manat yaxınlığındadır.

Bu dəfə final həyəcanı daha maraqlı və yaddaqalan olacaq. Belə ki, həmin gün Maşın Realiti Şousunun iştirakçısı olmuş bütün tanınmışlar yada salınacaq və onların şoudakı iştiraklarına, hətta yadda qaldıqları ən maraqlı anlara görə mükafatlandırılması planlaşdırılır. Mükafatlandırma mərasimi nominasiyalar üzrə təşkil olunacaq.

Bununla yanaşı, 8 oktyabr saat 18:15-də, ATV telekanalında efirə gedəcək Maşın Realiti Şousuyla bağlı “Maşın – Özəl buraxılış” adlı film göstəriləcək. Bu, layihənin 12 illik efir tarixiylə bağlı dolğun və geniş video-hesabatdır”, – deyə M.Dadaşov söyləyib.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir