Xalq Artisti Fuad Poladovun Akademik Milli Dram Teatrında Sonuncu Çıxışı

Xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrında sonuncu dəfə 28 oktyabr 2016-cı ildə səhnəyə çıxıb. O, teatrın səhnəsində son dəfə Erik Emmanuel Şmitdin eyniadlı əsəri əsasında səhnələşdirilən “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasında Müsyö İbrahim obrazını canlandırıb.

İki parçalı tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərov olub. Tamaşada Fuad Poladovla yanaşı, Murad İsmayılov, Sabir Məmmədov, Şəlalə Şahvələdqızı, Mehriban Zəki və başqa aktyorlar yer alıb. Tamaşa zamanı zalda anşlaq olub. Sonda Fuad Poladov pərəstişkarları ilə vidalaşıb. F.Poladov aktyor Hikmət Rəhimovun teatrdan getməsinə etiraz əlaməti olaraq Akademik Milli Dram Teatrından ayrılıb. Bundan sonra o, Rus Dram Teatrında işini davam etdirirdi.

Report xalq artistinin Akademik Milli Dram Teatrı səhnəsindəki son tamaşasından fotoreportaj yayımlayıb.

Qeyd edək ki, Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. Sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə gəlib. ADİİ-nin Dram və kino aktyorluğu fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyib. 20 mart 1987-ci ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adını alıb. Fuad Poladov 43 filmə çəkilib, Akademik Milli Dram Teatrında və Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində onlarla rol oynayıb.

2018-ci il mayın 5-də Bakıda dünyasını dəyişib.

Fuad Poladov dəfn olundu

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir