Wrecking Ball mahnısı və qalmaqallarla tanınmış Miley Cyrus evlənir

Amerikalı məşhur müğənni Mayli Sayrus (Miley Cyrus) aktyor Liam Hemsvort (Liam Hemsworth) ilə evlənəcəyi tarix açıqlanıb. Tanınmış cütlük bu yay nikah masasına əyləşəcək. Bu barədə ailəyə yaxın olan qohumlar deyib.

ANS PRESS-in məlumata görə, Mayli Sayrusun anası toya hazırlaşır.  O, qızına gəlinlik  almasına və digər prosedurları planlaşdırmasına köməklik edir. “Mayli Sayrus ilə Liam Xemsvort bir evdə qalırlar. Onlar bir birilərini çox sevirlər. Cütlük bir dəqiqə də ayrılmaq istəmir. Ola bilsin ki, toyları Las Veqasda olsun. Hər şey çox ciddidir”- məlumatda belə deyilir.

Mayli Sayrus sevgilisi ilə çəkiliş meydanında tanış olub. Müğənni 2009-ci ildə “Axırıncı mahnı” filmindəki rol yoldaşı Liam Hemsvortla 3 il görüşdükdən sonra nişanlanıb. Lakin 2013-cü ildə onlar ayrılıblar. İfaçı nişanlısından ayrılandan sonra Arnold Şvartseneggerin (Arnold Schwarzenegger) oğlu Patrik ilə görüşməyə başlayıb. Lakin ifaçının Patrik ilə münasibətləri uğursuz olub. Mayli Sayrus sabiq nişanlısı ilə ötən il barışaraq yenidən görüşməyə başlayıb.

İfaçının “We Can’t Stop” mahnısı 16 ölkədə birinci olub və YouTubeda 24 saat ərzində 10.7 milyon dəfə izlənilərək Castin Biberin rekordunu qırıb. Onun “Wrecking Ball” mahnısı da YouTubeda 24 saat ərzində 19.2 milyon adam tərəfindən izlənilərək “One Direction” qrupunun rekordunu da təzələməyi bacarıb.


Miley Cyrus – Wrecking Ball (official music video)

qalmaqallarla tanınmış Miley Cyrus evlənir
Miley Cyrus - məşhur müğənni evlənir
Miley Cyrus - məşhur müğənni evlənir
Miley Cyrus - məşhur müğənni evlənir
Miley Cyrus Miley Cyrus - məşhur müğənni evlənir
Miley Cyrus - məşhur müğənni evlənir
Miley Cyrus - Wrecking Ball
Miley Cyrus - məşhur müğənni evlənir
Miley Cyrus - məşhur müğənni evlənir
Miley Cyrus - məşhur müğənni evlənir
Qalmaqallarla məşhurlaşmış müğənni Mayli Sayrus (Miley Cyrus) evlənməyə hazırlaşır

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir