Əlavə etdiyi yeniliklərlə istifadəçilərini sevindirən ani mesajlaşma xidməti “WhatsApp” daha bir ilkə imza atıb. Artıq istifadəçilər qalın və əyri yazı şriftlərindən istifadə edərək qısa mesajlar yaza biləcək.

Beta yenilənmədən sonra istifadəçilər tədricən bu yenilikdən istifadə etməyə başlayacaq. Mesajlaşma xidməti istifadəçiləri qalın, əyridən başqa həm də üzərində xətt çəkilmiş mesaj mətnləri yaza biləcəklər.
Yazmaq istədiyiniz mesajların içində müəyyən kodlardan istifadə edərək bunu etmək olar.
Qalın şiriftlərlə yazmaq istədikdə cümlənin başında və sonunda ulduz işarəsi (*)  qoymaq lazım olacaq. Əyri hərflərlə mesaj göndərmək istəyirsinizsə bunun üçün sizə cümlənin əvvəlində və sonunda aşağıdan xətt (_)  qoymaq lazım olacaq.
Yazdığınız cümlədə sözlərin üzərindən xətt çəkilməsini istəyirsinizsə təqribi bərabərlik (~) işarəsini qoymaq kifayət edəcək.

Hələlik sadəcə “Android” istifadəçiləri “WhatsApp Beta”nın imkanlarından yararlana biləcək

Bundan başqa “WhatsApp”-ın yenilənmiş versiyasında mesaları arxivləmək, oxunmamış kimi göstərmək, qrupdan çıxmaq kimi əmrləri tək həmlədə edə biləcəksiniz. Eləcə də mesajlaşma xidmətinin çoxlarının bəyənəcəyi yeniliyi tək rəngli divar kağızları olacaq.
“WhatsApp”ın son yenilənməsi göndərilən videoları şəkil kimi yaxınlaşdırmaq imkanı da verir. Eyni zamanda göndərilən videolar yeni bir pəncərədə açılır. Yəni, mesajları oxuyarkən, kənarda videoya da baxmaq olacaq.

Eyni zamanda, “WhatsApp” videoları kəsmək və qısaltmaq kimi özəllikləri də artıq dəstəkləyir. Həmçinin PDF versiyada olan kitabları artıq bir-birinizə göndərə biləcəksiniz.

Məlumat üçün bildirək ki, “WhatsApp” yazışma tətbiqi istifadəçi sayını rekord həddə – 1 milyarda çatdırıb. Sistem istifadəçilərinin sayı ay ərzində 800 milyon nəfər tərəfindən istifadə edilən “Facebook Messenger“i ötüb.
Şirkətin son hesablamalarına görə, “WhatsApp” vasitəsilə gün ərzində 42 milyard qısa yazı mesajı, 250 milyon video mesaj göndərilir.
2014-cü ilin fevralında isə tarixin ən böyük alqı-satqısı baş tutub. Hələ o zaman 450 milyon istifadəçisi olan “WhatsApp”ı “Facebook” şirkəti 19 milyard dollara satın alıb.

1 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın