Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi “WhatsApp” tezliklə yeni funksiyası ilə istifadəçilərini sevindirəcək.
“Pinned Messages” (Sancaqlanmış Mesajlar) adlı funskiya mesajların yerini sabitləşdirməklə bağlıdır. Belə ki, artıq ən çox yazışdığınız birinin adını yuxarıya sancaraq (“pin” edərək) onun mesajlarını siyahının ən üst sırasına çəkə bilərsiniz.

Bunu etdiyinizdə, başqaları mesaj yazsa belə, adını seçdiyiniz şəxslərin mesajı hər zaman siyahının yuxarısında olacaq.

Qeyd edək ki, artıq bu funksiyanın beta versiyası təqdim olunub.

Qısa anda bütün istifadəçilərə çatacaq olan yeni özəllikləri ilə WhatsApp funksionallığı bir az daha artarkən bir mesajlaşma uyğulamasının nə qədər inkişaf edə biləcəyini də görürük.

Məlumat üçün bildirək ki, WhatsApp yazışma uyğulaması istifadəçi sayını rekord həddə – 1 milyarda çatdırıb. Sistem istifadəçilərinin sayı ay ərzində 800 milyon nəfər tərəfindən istifadə edilən Facebook Messengeri ötüb.
Şirkətin son hesablamalarına görə, “WhatsApp” vasitəsilə gün ərzində 42 milyarddan çox qısa yazı mesajı, 250 milyon video mesaj göndərilir.
2014-cü ilin fevralında isə tarixin ən böyük alqı-satqısı baş tutub. Hələ o zaman 450 milyon istifadəçisi olan WhatsAppı Facebook şirkəti 19 milyard dollara satın alıb.

1 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın