Vüsal Rzasoy: Ayə, Hareyə Gedsən, Ayə?

Bugünlərdə sosial mediada Azərbaycan Televiziyasının (AzTV) Müasir Azərbaycan Gənci (MAG) verilişinin efirə getməyən kadrları yayımlanıb. Videogörüntülərdə Vüsal Rzasoy adlı gəncin etnik-rok musiqisi tərzində səsləndirdiyi “Ayə, hareyə gedsən, ayə?” adlı mahnısı sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının məlumatına görə, bununla bağlı Oxu.Az-a açıqlama verən V.Rzasoy bildirib ki, həmin ifası ilə ucqar bölgələrdə yaşayan və ləhcəsinə görə lağ obyektinə çevrilən insanlara dəstək olmaq istəyir.

“Bu, folk-rok, etnik-rok janrında ifadır. Dünyanın hər yerində ucqar bölgələrdə yaşayan insanların danışıqları, ləhcə, danışıq tərzləriylə bağlı lətifələr quraşdırılır. Ancaq orada yaşayan insanların zəngin mənəviyyatı barədə düşünmürlər. Əvəzində, onların danışığını lağa qoyur, gülür, tənqid edirlər. Əslində, bu insanların da ləhcəsini dərk etmək və qəbul etmək lazımdır. Bu baxımdan, belə tərzdə mahnı oxumağı qarşıma məqsəd qoydum. Bununla, qəribə ləhcə ilə danışan və buna görə lağa qoyulan insanın da dərin mənəviyyatının olduğunu göstərmək istəyirəm”, – deyə o bildirib.

– “MZ production”un başçısı Üzlüfət Qasımova Qafqazinfo-ya açıqlamasında həmin kadrların AzTV-də yayımlanmadığını və bu cür ifanın həmin televiziyaya uyğun olmadığını bildirib. Kadrların efirdə göstərilməyəcəyi ilə bağlı sizə bilgi verilmişdi?

– Yox, mənə o kadrların yayımlanmayacağını deməmişdilər. Həmin çəkiliş təxminən bir ay öncə baş tutub. O verilişdə ilk dəfə idi çıxış edirdim.

– Azərbaycanda sizdən başqa bu tərzdə oxuyan gənclər varmı?

– Yox, yoxdur. Bildiyim qədərilə, dünyada da yoxdur.

– Ötən il Litvanın “X faktor” televiziya yarışmasına qoşulmuşdunuz. Ümumiyyətlə, oxuculara təhsiliniz və başqa məşğuliyyətlərinizlə bağlı mbilgi verməyinizi istərdik…

– Hə, yarışmaya qoşulmağımı düzgün vurğuladınız. Mən Bakıda Neft Akademiyasında oxumuşam. Tələbəlik illərimdən musiqi ilə məşğul oluram. Bu sahədə də fərdi təhsil almış, gitarada ifa etməyi öyrənmişəm. 2011-ci ildən 2014-i ilə qədər Avropa ölkələrini səyahatə çıxmışam. 2014-cü ildən Litvada yaşamağa başlamışam. Artıq Azərbaycana qayıtmışam. Burada saz dərsləri alıram.

AzTV-nin efirində mahnı oxuyan gənc hamını şoka saldı

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir