Vladimir Putin Stiven Siqala Rusiya Federasiyasının pasportunu verdi

Rusiya prezidenti Vladimir Putin amerikalı aktyor Stiven Siqala (Steven Seagal) şəxsən RF vətəndaşının pasportunu verib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, bununla bağlı cümə günü, noyabrın 25-də, TASS dərgisi yazır.

“Mən sizi təbrik edirəm və ümid edirəm ki, bu balaca hədiyyə bizim ölkələr arasındakı münasibətlərin normallaşmasının əlaməti olacaq”, – Rusiya lideri aktyorla görüşü zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Rusiya vətəndaşlığı tanınmış aktyora peşəkar planlarını həyata keçirməsinə və Rusiyadakı yoldaşları ilə bağlantı qurmasına yardım edəcək.


Владимир Путин вручил российский паспорт Стивену Сигалу

Stiven Siqal kimdir?

Stiven Frederik Siqal 10 aprel 1952-cu ildə Miçiqan ştatının Lensinq şəhərində əslən yəhudi olan riyaziyyat müəllimi Semuel Stiven Siqal (1928-1991) və əslən irland olan xəstəxana işçisi Patrisiya Siqalın (1930-2003) ailəsində anadan olub. Siqalın atasının yəhudi və anasının irland əsilli olması ziddiyətlidir. Ailədə Siqal 4 uşaqdan ikincisi idi. 1957-ci ildə ailəsi Kaliforniya ştatının Los Anceles şəhərinə yaxın “Orinc yanı” torpaqlarındakı Fullerton şəhərinə köçmüşdür. Siqal 7 yaşından başlayaraq karate, 15 yaşından isə aykido ilə məşğul olmağa başlayır. Siqalın ilk müəllimi Orinc yanında aykido məktəbi açan və “Şixan” vəzifəsində müəllimlik edən Kösi İsisakinin başçılığı ilə aykidonu öyrənməyə başlayır. Bu zaman isə aykido sənəti ABŞ-da az tanınan döyüş sənətlərindən biri olur. 1971-ci ildə Siqal Fullerton kollecini bitirdikən sonra bu döyüş sənətinin sirlərinə yiyələnmək üçün Yaponiyaya köçür və Koiçi Toxeyanın başçılığı ilə çalışmağa başlayır. 1974-cü ilin yay ayında Koiçidən aykido üzrə 1-ci dan dərəcəli qara kəmər alır və “Şodan” vəzifəsinə sahib olur. Stiven Siqal 1975-ci ildə Yaponiyanın Cüso rayonunda yerləşən Osaka şəhərində “Tenşin” adlı aykido məktəbi açır. Bununla Siqal Yaponiyada şəxsi aykido məktəbinə rəhbərlik edən ilk ABŞ-lı olur. Məktəbinin və ya dodzesinin adı olan “Tenşin Buqey Qakuen” ifadəsi yaponcadan «Milli döyüş sənətlərinin məktəbi “Səmavi ruh”» anlamını verir. Ardınca Siqal aykido üzrə bir çox müəllimlərin rəhbərliyi altında məşq etmişdir. Onun müəllimlərindən biri aykido döyüş növünün əsasını yaradan Morihey Ueşibanın tələbələrindən biri olan və 10-dan dərəcəli qara kəmərə sahib olan Seyseki Abe olmuşdu. Siqal ilk məktəbinin açılışdan bir müddət sonra 1983-cü ildə məktəbini Los Ancelesə köçürür və burada müəllimlik etməyə başlayır. 1988-ci ildən başlayaraq filmlərə çəkilməyə başlayır və ilk filmdən tanınmağa başlayır. Siqal ardınca 5-ci dan, 6-cı dan dərəcələrinə layiq görülür və sonunda, 7-ci dan dərəcəni qazandıqdan sonra məktəbində “Şixan” vəzifəsində müəllimlik edir.


Steven Seagal’s Best Fight Scenes! – “Must Watch”

Stiven Siqalın Özəl Həyatı

Stiven Siqal bir neçə dəfə evli olub. İlk həyat yoldaşı Miyako Fucitani ilə 1975-ci evlənmiş, bir müddət keçdikdən sonra Kentaro Siqal və Ayako Fucitani adlı övladları dünyaya gəlmişdir. Stiven boşandıqdan sonra 1984-cü ildə televiziya seriallarında çəkilən italyan əsilli Edrienn La Russa adlı aktrisa ilə ailə həyatı qurur və 1987-ci ildə Edrienndən boşanır. Stiven ABŞ aktrisası Kerri LeBrok ilə 1987-1996-cı illərdə ailə həyatı qurmuş və ondan Annaliza, Dominik və Arissa adlı uşaqları doğulmuşdur. 1996-cı ildə üçüncü evlilikdən olan uşaqların baxıcısı Arissa Vulf ilə evlənir və ondan Savanna adlı qız övladı olur. Siqal təkrar boşandıqdan sonra monqol rəqsçisi Erdenetuy Batsux ilə ailə həyatı qurur və ondan Kunzanq adlı oğlu dünyaya gəlir.

Stiven Siqalın Qazandığı Ödüllər

  • Stiven Siqal “Ən pis aktyor” kateqoriyasına görə “Ölümcül təhlükə” (1994), “Məhv etmə qərarı” (1996), “Cinayət dünyasından yanğın” (1997), “Nə sağ, nə də ölü” (2003) filmlərində Qızıl Moruq Mükafatına layiq görülmüşdür.
  • 1999-cu ildə Stiven Siqal “PETA Humanitar Mükafatına” layiq görülüb.

Aktyor Stiven Siqalla bağlı maraqlı faktlar

  • Stiven Siqal vegetariandır.
  • Siqal şerif yardımçısıdır və şəxsi barları var.
  • Buddizm dininə bağlıdır.
  • Siqalın boyu 193-sm-dir.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir