Vladimir Putin: Rusiyanın Olmadığı Dünya Bizim Nəyimizə Gərəkdir

Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Vladimir Solovyovun “Dünya nizamı 2018” adlı filmində, nüvə zərbəsinin bəşəriyyət üçün qlobal faciəyə səbəb olacağını bildirib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı “Meduza”ya qaynaqlanaraq bildirir ki, Rusiya lideri bu mövzuda danışan zamanı, belə bir sual verib:

“Orada Rusiya olmayacaqsa, belə bir dünya nəyimizə gərəkdir?”

Putinin sözlərinə görə, yalnız raket hücumundan xəbərdarlıq sistemi düşmənin raketləri işə saldığını qeydə aldığı, onların uçuş trayektoriyası və Rusiyanın əsas hissələrinə düşmə vaxtını hesabladığı təqdirdə, Rusiya tərəfi nüvə silahına əl ata bilər.

“Buna qarşılıqlı cavab zərbəsi deyirlər. Bu qərar Rusiyanı dağıdacaqsa, bizim cavab verməyə qanuni haqqımız əmələ gəlir” – deyə Putin bildirib.

“Hə, bəşəriyyət üçün bu qlobal faciə olacaq, dünya üçün qlobal faciə olacaq.  Ancaq mən Rusiya vətəndaşı və dövlət başçısı olaraq belə bir sual vermək istəyirəm: orada Rusiya olmayacaqsa, belə dünya nəyimizə gərəkdir” – deyə Rusiya lideri bildirib.

Putin sözlərinə nüvə silahından istifadənin heç vaxt gərək olmayacağına inandığını artırıb.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir