Vladimir Kliçko-Tayson Fyuri revanş döyüşünün vaxtı və yeri bilindi

İngiltərəli peşəkar boksçu Tayson Fyuri (Tyson Fury) və ukraynalı Vladimir Kliçko (Владимир Кличко) arasındakı revanş döyüşünün vaxtı və yeri bilinib. YALAN.info Online Xəbərlər və İnformasiya Saytının verdiyi bilgilərə görə, görüş oktyabrın 29-da İngiltərənin Mançester şəhərində baş tutacaq.

Bunadək boksçuların revanş dueli iyulun 9-na planlaşdırılırdı. Ancaq Fyurinin zədəli olması döyüşün vaxtının dəyişməsinə gətirib çıxarıb. Peşəkar ringdə heç kəsə uduzmayan ingiltərəli boksçunun aktivində 25 qələbə (18 nokaut), Kliçkoda isə 4 məğlubiyyət və 64 qələbə (53 nokaut) var.

Qeyd edək ki, 2015-ci ilin noyabrında tərəflər arasında Almaniyada keçirilmiş 12 raundluq döyüşdə Tayson Fyuri qalib gələrək IBF – International Boxing Federation (Beynəlxalq Boks Federasiyası), WBA – World Boxing Association (Ümumdünya Boksçular Assosiasiyası) və WBO – World Boxing Organization (Ümumdünya Boks Təşkilatı) versiyaları üzrə Dünya çempionu tituluna yiyələnib. Daha sonra Fyuri mütləq müdafiədən imtina etdiyi üçün İBF kəməri ondan alınıb.


28.11.2015 – Vladimir Kliçko-Tayson Fyuri döyüşü (Wladimir Klitschko vs. Tyson Fury)

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir