Vergilər naziri Mikayıl Cabbarov: Maaşdan ödənilən vergilər azaldılır

“Vergilər Nazirliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə işçilərin əmək haqqındna ödənilən vergilərin azaldılması ilə bağlı danışıqlar aparır”.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Reporta istinadən xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov deyib.

“Əmək haqları üzrə vahid vergi yükünün müəyyənləşdirilməsi təklif edilir. Bu, hazırda maaşlardan tutulan vergilərin əhəmiyyətli dərəcədə azalması deməkdir”, – o qeyd edib.

Bundan başqa, nazirin sözlərinə görə, Azərbaycanda kiçik və orta sahibkarların da vergi yükünün nəzərəçarpacaq dərəcədə azaldılması nəzərdə tutulub: “Bununla bağlı dövlət büdcəsi paketinə bir sıra dəyişikliklər edilə bilər. Vergi uçotunun bərpası da təklif edilən dəyişikliklərdən biridir”.

Nazir həmçinin vurğulayıb ki, vergidən yayınma hallarına görə cəza tədbirlərinin sərtləşdirilməsi də təklif edilir.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir