Artıq 1 həftədir ki, internetdə Vera Brejnevanın Nömrə 1 mahnısının yeni video klipi yayılmışdır. Mahnının müəllifi müğənninin həyat yoldaşı Konstantin Meladzedir.

Pərəstişkarları artıq 1 ay idi ki, yeni klipin prezentasiyasını gözləyirdilər. Budur, video yayımlandı və gözləməyinə dəyərmiş. Klip rəngarəng, şən və eyni zamanda seksual alınmışdır. Əlbəttə ki, əsas qəhrəman Veranın özüdür, həm də müğənni rolunda.

Ulduz al qırmızı paltarla səhnədə oxuyarkən ona sevgilisinin qaçırıldığı xəbərini verirlər. Vera Brejneva da heç düşünmədən çıxış etdiyi səhnədən stolların üstünə çıxır, oradan da yola atılır. Tərslikdən  yollar tıxac, ancaq bu da Veranı saxlaya bilməzdi. Müğənni əvvəlçə maşınların üstü ilə qaçmağa başlayır, sonra yolda qarşısına çıxan traktora minib maşınları əzə-əzə qəhrəmanlıq göstərişinə davam edir. Əlbəttə ki, polislər onu saxlaya bilməzdilər.

Klipdə ən vacib məqam isə Vera sevgilisinin qaçırılma yerinə çatdıqda baş verir.  O, bütün düşmənləri tək başına qorxudaraq qaçmalarına müəssər olur.

Sonda xilaskar Brejneva öz sevgilisini qucağında hadisə yerindən çıxarır. Nə qədər gülməli səslənsə də professional aktrisa ustalıqla bu rolun üstəsindən gəlir. Bu məzəli klipin yalnız axırında aydın olur ki, bütün bunları onun həyat yoldaşı (sevgilisi) yuxuda görürmüş.


Вера Брежнева – Номер 1

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın