Ümumdünya Səhiyyə Qurumu (ÜSQ) yeni növ koronavirusa (COVID-19) qarşı təsirli peyvəndin ancaq 2021-ci ildə istifadəyə verilə biləcəyini açıqlayıb.
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Hürriyet” qəzeti məlumat yayıb.
ÜSQ-nun fövqəladə hallar bölməsinin müdiri Mayk Rayan peyvənd yaradılması prosesində irəliləyişin əldə olunduğu vurğulayıb. Ancaq qurum rəsmisi 2021-ci ilin başlanğıcına qədər peyvəndin tətbiqinə başlanmasını gözləməməyi tövsiyə edib.
“Realist olsaq, gələn ilin başlanğıcında insanların peyvənd olunduğunu görə biləcəyik”, – deyə, Mayk Rayan bildirib.