Lesya Nikityuk (Леся Никитюк) Azərbaycanlı izləyicilərə “Oryol i Reşka” (Орел и Решка) gəzinti verilişi, eləcə də “Леся здеся” (Lesya buradadır) televiziya verilişindən tanışdır. O, “Lesya zdesya” telelayihəsində dünyanın bir sıra ölkələrində kişilərlə tanış olmağın nə dərəcədə asan olmasını araşdırır. Hündürboy sarışın, özünəxas gözəlliyi ilə seçilən, şən xanım aparıcı hər zaman ekran başında özünə diqqət yönəltməyi bacarır. Lesya Nikityuk Report İnformasiya Agentliyinin Ukrayna bölməsinə müsahibəsində bu dəfə “Lesya zdesya” verilişinin Bakıdakı çəkilişlərinin necə keçməsindən və Azərbaycan kişisi ilə tanış olmağın asan olub-olmamasından danışıb.

– Bu ilin noyabr ayında “Pyatnitsa” telekanalında “Lesya zdesya” verilişinin Azərbaycan kişilərinə çəkilmiş bölümü göstərildi. Sizcə, azərbaycanlı kişilər nə dərəcədə qayğıkeşdirlər? Verilişi izlədikdən sonra onlarla tanış olmağın çətinliyiylə bağlı hansı nəticəyə gəlmək olar?

– Göründüyü kimi, Azərbaycan kişiləri ilə tanışlıq doğurdan da asan deyil! Bəlkə bu da bizim tez-tez formalaşmış stereotiplər əsasında dəyərləndirmə aparmağımızdan irəli gəlir. Ancaq bu stereotiplərin bəziləri doğrudur. Yəni Azərbaycan kişiləri doğrudan da diqqətcil, qayğıkeş və mehribandırlar. Ancaq ünsiyyət asanlığında, məsələn, elə tanışlıq zamanı sınadığımda bir çox çətinliklərlə üzləşdim. Bulvarda gəzinti vaxtı kişilərin 80%-i danışmağa başlamamış qaçırdı! Ola bilsin qadınların ilk addımı atmaqla bağlı təşəbbüslərinə alışmayıblar. Bu, mənim üçün ilk dərs oldu. Bu gözəl ölkədə şərtlər və ənənələr indiyə qədər qorunaraq saxlanılıb.

– Ümumiyyətlə, dünyanın başqa-başqa ölkələrində kişilərlə tanışlığın asan olub-olmamasıyla bağlı belə bir telelayihənin yaradılması ideyası necə meydana gəldi?

– Hər şey “Oryol i reşka”dan başladı. Məsələ ondadır ki, öncə istənilən ölkəyə çəkilişlər üçün bir neçə günlüyə gedəndə yalnız ən görməli yerləri, ən maraqlı yerləri çəkməyə vaxt tapırdıq. Başqa sözlə, ən başlıca detalı – yerli sakinlərin mentalitetini, mədəniyyətinin özəlliklərini üzə çıxarmaq olmurdu. Baxmayaraq ki, bir fincan qəhvə, ya da onların hansısa özəl içkisi ilə yerlilərlə ürəkdən söhbət etməyi çox istəyirdim. Ancaq ünsiyyət və yeni tanışlıqlar kimi hər bir gəzintinin ən maraqlı hissəsi kadra düşmürdü.

“Lesya zdesya” layihəsində (Ukrayna prokatında veriliş “M ətrafında” adlanır – Report) bütün bu başlıca anları birləşdirə bildik. Biz “Şahzadələr” haqqında tarixdən uğurla istifadə etdik! Razılaşın ki, qızların çoxu uşaqlıqda ərəb şeyxinə, ya da fransız qrafına ərə getməyi arzulayır (gülümsəyir). Bu anlamda “Lesya zdesya” verilişi kişilər və ölkələr üzrə özünəməxsus bələdçiyə çevrilib.

– Bakıda çəkiliş prosesi çətin oldu? Belə başa düşdük ki, bəzi qəhrəmanlarla özləri, Azərbaycanda kişilər və qadınlar arasında əlaqələr, tanışlıq etiketləri haqqında danışmaları üçün razılıq əldə etməli olmusunuz.. Eyni zamanda, sizin qəfildən, heç bir ilkin razılaşma olmadan kişilərə yaxınlaşdığınız anlar da var idi…

– Belə çəkilişlər öz-özlüyündə asan olmur, qəhrəmanların heç də hamısı ilə danışmağa müvəffəq olmursan. Amma ən gözəl və ağıllı kişilərlə danışdığımızı deyəndə bu kompliment onların ürəyinə yağ kimi yayılır və onlar hər şeyə hazır olur. Yeri gəlmişkən, bu özəllik ən azı olduğumuz bütün ölkələrin hamısının kişiləri üçün xarakterikdir.

Azərbaycanda neft buruğunda çəkilişdən öncəki güvənlik texnikası üzrə peşəkar təlimat məni heyran etdi. Məni isə çoxlu təlimatlar görmüşəm, inanın!

Lesya Bakıda ən çılğın azərbaycanlı kişilərlə tanış oldu
Lesya (Леся Никитюк) Bakıda ən çılğın azərbaycanlı kişilərlə tanış oldu

– Hansı ölkədə kişilərlə tanışlıq daha asan, ya da çətin olub?

– Əslində, kiminləsə tanış olmağım, ilk yaxınlaşmağım çox çətin idi. Amma iş işdir və kadrda Lesyanın real həyatda heç vaxt etməyəcəyi şeyləri həyata keçirməli olursan! Duymusunuzsa, bu layihədə çox dəyişmişəm, daha çox qadınlaşmışam, romantik olmuşam, Ledi Leyə çevrilmişəm. Bu obrazda kişiləri ovlamaq xoşuma gəlir…

Araşdırmalarıma görə, Almaniyada kişilərin daha asan əlaqəyə girdiyini deyə bilərəm. Hətta deyilənə görə, onlara görə seks kinoya getmək, ya da bir fincan qəhvə içmək kimi bir şeydir. Bu baxımdan isveçlilər və isveçrəlilər onların tam əksidir. Onlarla ünsiyyət qurulması çox çətindir.

– Bakıya ilk gəlişiniz idi? Azərbaycanın paytaxtıyla bağlı nə deyə bilərsiniz?

– Hə, mən ilk dəfə Bakıda oldum. Etiraf edim ki, Ukrayna və onun vətəndaşlarına qarşı bu cür xoş münasibət məni təəccübləndirdi. Özümü doğurdan da arzulanan qonaq kimi duydum. Bu, səmimiyyət və müsbət enerji Azərbaycanda hər yerdə bizi izlədi.

Bakı məni heyran etdi, elə təəssürat yaranırdı ki, gələcəyin şəhərində olmuşam. Azərbaycan paytaxtının böyümək və inkişaf istəyi doğurdan da valehedicidir!

Bir də inanılmaz dadlı mətbəxiniz var! Odur ki, yüzlərlə təklifdən birini dəyərləndirib bir daha Bakıya gələcəyəm, ancaq yalnız dincəlmək üçün. Hələlik isə bu cür isti qəbula görə Azərbaycan xalqına minnətdarlığımı və təşəkkürümü bildirmək istəyirəm!

– Lesya Nikityukun diqqətinə layiq olmaq üçün əsl kişi necə olmaldır? Bəs azərbaycanlıya ərə gedərsinizmi?

– Şəxsən mənim üçün kişidə ən önəmli özəlliklərdən biri yumor və… boydur! 1,5 metrdən hündür olması arzuediləndir (gülür)! İdeal kişi isə ezamiyyət, səyahətlər zamanı məni gözləməli, insanın özü ilə daşıya bildiyi yeməklər bişirə bilməli, it gəzdirməli və dibçəkləri sulamalıdır (gülür).

Azərbaycanlı kişiyə ərə getmək məsələsinə gəlincə, verilişin Azərbaycanla bağlı bölümü efirə verildikdən sonra sizin kişilərdən o qədər məktub, ismarıc və təkliflər almışam ki, seçimimin necə olacağını bilmirəm!

– Bakıda kişilərin yumor duyğusu necədir?

– Öncə mənə elə gəldi ki, ümumiyyətlə, yumor duyğuları heç yoxdur! Ancaq bu, qanacağın tərənnümü idi. Bir qədər yaxından tanış olandan, Lesyanın doğurdan Bakıda olması şoku keçəndən sonra uşaqlar artıq zarafat etməkdən çəkinmirdi.


Леся и горячие азербайджанцы – Баку – Вокруг М – Интер

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın