Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ-ın Rusiyalı iş adamlarına qarşı qəbul etdiyi anoloji sanksiyaları tətbiq etməyi və Kiyevin öncədən qəbul etdiyi sanksiyaların müddətini uzatmağı qərara alıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ukrayna hökümətinin başçısının bəyanatında deyilir.

“Qeyd etməliyəm ki, əvvəllər qəbul etdiyimiz sanksiyalar da bizim Avropa Birliyindən olan tərəfdaşlarımız və Amerika Birləşmiş Ştatları ilə sinxronlaşdırılıb.

ABŞ sanksiyaları ilə əlaqələndirilmiş yeni sanksiyalarımız Rusiya Federasiyasının fiziki və hüquqi şəxslərinə yönəlib. Bu Rusiyanın Avropanın mərkəzində, Britaniyada kimyəvi silah tətbiq etməsi və işğal olunmuş Krımda qanunsuz prezident seçkiləri  keçirməsi ilə bağlıdır”, – deyə Poroşenko bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın