Ukrayna Prezidenti Vladimir Zelenski Mixail Saakaşvilinin Ukraynanın Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin başçısı təyin edilməsi ilə bağlı olaraq Gürcüstan tərəfinin Kiyevdəki səfirini geri çağırmasını səhv addım kimi dəyərləndirib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, V.Zelenskinin bununla bağlı açıqlaması Ukraynanın “Naş” telekanalında yayımlanıb.

“Bizim Gürcüstanla və gürcü xalqı ilə gözəl münasibətlərimiz var. Nə baş verməsindən asılı olmayaraq, Gürcüstandakı səfirimizi geri çağırmağı düşünmürük. Hesab edirəm ki, bu, Gürcüstan tərəfinin səhvidir. Mənə elə gəlir ki, məsləhətləşmələrdən sonra bütün tərəflər bunu başa düşəcəklər ki, hər bir ölkənin kadr siyasəti bu ölkəyə və bu ölkədə yaşayan vətəndaşlara aiddir”, – Ukrayna Prezidenti jurnalistlərə bildirib.

Xatırladaq ki, V.Zelenski Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini Ukraynanın Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin başçısı vəzifəsinə təyin edib. Buna cavab olaraq Gürcüstan hökuməti Kiyevdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın