Ukrayna ABŞ-ın göndərdiyi “Javelin”i sınaqdan keçirdi

Ukrayna ordusu ilk dəfə olaraq ABŞ-da istehsal olunmuş “Javelin” tank əleyhinə raket komplekslərini sınaqdan keçirib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ukrayna prezidenti Pyotr Poroşenko öz “Facebook” səhifəsində məlumat paylaşıb.

Poroşenkonun sözlərinə görə, “Javelin” komplekslərinin hesabına Ukrayna silahlı qüvvələrinin döyüş imkanları önəmli dərəcədə artıb.

“Bu olduqca effektiv müdafiə silahıdır, Rusiya Federasiyası Ukrayna qoşunlarının mövqelərinə hücum edən zaman tətbiq olunacaq”, – deyə Ukrayna lideri bildirib.

Qeyd edək ki, aprelin 30-də ABŞ-ın Ukraynaya “Javelin” tank əleyhinə raket kompleksləri göndərdiyi məlum olub.

ABŞ dövlət departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker Birləşmiş Ştatların Kiyevə göstərdiyi hərbi dəstəkdə təkcə “Javelin”lərin tədürükü ilə yetinməyəcəyini açıqlayıb.

Onun sözlərinə görə, ABŞ Ukraynanın hərbi arsenalında olan boşluqları doldurmaq və ölkənin özünümüdafiə gücünü artırmaq niyyətindədir.

Украина впервые испытала американские Javelin. II Ukraine first tested American Javelin.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir