Bu gün Bakı Olimpiya Stadionunda UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016-nın püşkatma mərasimi keçirilib. Tədbirdə AFFA-nın rəhbərliyi, Avropa və ölkə futbolunun tanınmış simaları, turnirin UEFA və Yerli Təkilat Komitəsinin üzvləri və başqa rəsmi şəxslər iştirak ediblər.

Püşkatma zamanı komandalar iki səbətdə yer alıb. Elit-raundda qrup qalibi olan 8 komandadan ən yaxşı nəticəsi olan 7 yığma 1-ci səbətdə qərarlaşıb. Bu komandalardan biri A qrupunda yer alıbsa, digər “dördlük”lərin hərəsinə iki səpələnmiş daxil olub.

A səbəti: Danimarka, Ukrayna, İtaliya, Almaniya, Portuqaliya, Fransa, Serbiya

B səbəti: Belçika, Şotlandiya, İngiltərə, Bosniya və Herseqovina, Hollandiya, İsveç, Avstriya, İspaniya.

Püşkatma nəticəsində qruplar aşağıdakı kimi formalaşıb:

A qrupu
Azərbaycan
Portuqaliya
Belçika
Şotlandiya

B qrupu
Ukrayna
Almaniya
Avstriya
Bosniya-Herseqovina

C qrupu
Fransa
Danimarka
İngiltərə
İsveç

D qrupu
İtaliya
Serbiya
Hollandiya
İspaniya


UEFA U-17 AÇ2016-nın püşkatma mərasimi

Püşkatma nəticəsində qrup mərhələsinin təqvimi də bəlli olub. Bu raundun ilk turu mayın 5-6-da, növbəti turu 8-9-da, son oyunları 11-12-də keçiriləcək. Hər gün 2 qrupun hərəsində 2 qarşılaşma – yəni 4 oyun baş tutacaq.  Hər qrupdan iki komandanın yüksəldiyi 1/4 final ayın 14-15-də, yarımfinal 18-də, final isə 21-də keçiriləcək. Çempionatın oyunları 4 stadionda – Bakı Olimpiya Stadionu, “Dalğa Arena”, “Azərsun Arena” və “Bakcell Arena”da keçiriləcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın