UEFA-nın saytı Çempionlar Liqasının (UEFA Champions League) qrup mərhələsinin IV turu öncəsi Qarabağ FK – Çelsi FK oyunuyla bağlı yazı yayımlayıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki,  yazıda iki komandanın bu yarışmadakı çıxışları və oyunun pərdəarxası anlarından danışılıb. Sözügedən yazının çevirməsini oxucularımıza çatdırırıq:

Qarabağ FK Bakıda qələbə qazanaraq 1/8 finala çıxmağı düşünən Çelsi FK qarşısında da asan təslim olmayacaq. Artıq qitənin ən nüfuzlu klub turnirində xallar qazanmış Azərbaycan təmsilçisi doğma meydanda sonuncu oyununda da uğur əldə etmək istəyəcək.

  • Qrupdakı ilk oyununda Stemford Bricdə Çelsi ilə qarşılaşan və qapısında 6 cavabsız qol görən Qarabağ Atletiko ilə ev və səfər oyunlarında əldə etdiyi heç-heçələrlə 2 xal qazanıb. Üzüntülü başlanğıca baxmayaraq, komanda hətta Avropa Liqasına çıxış uğrunda mübarizə apara bilər.
  • Qarabağ 2 xalla qrupda 4-cü yerdə qərarlaşsa da, Atletikodan cəmi bir xal geri qalır. 3-cü yer uğrunda mübarizə aparmaq üçün komandaya mütləq qələbə gərəkdir. Əgər ağdamlılar məğlub olub, Atletiko da qələbə qazanarsa, onların 4-cü yerdə qalacaqları rəsmiləşəcək.
  • Çelsinin isə 7 xalı var və son turda uduzduğu Romadan bir xal geridədi. İngiltərə çempionuna sonrakı mərhələyə çıxmaq üçün qələbə lazımdı. Əgər digər oyunda Atletiko uduzsa, londonluları heç-heçə də qane edəcək.

Qarabağ FK – Çelsi FK Qarşılaşmasının Pərdəarxası

Qarabağ Futbol Klubu

  • Bu, Qarabağın Premyer Liqa təmsilçilərinə qarşı ikinci ev oyunudır. Ümumilikdə isə, atlılar İngiltərə təmsilçiləri ilə 4-cü dəfə üz-üzə gələcəklər. Onlar 2016-cı il noyabrın 26-da evdə Tottenhemə 0:1 hesabı ilə uduzmuş, eyni zamanda səfərdə də 1:3 hesablı məğlubiyyətə üzülmüşdü.
  • Qrup mərhələsinin ilk ev oyununda Romaya uduzan (1:2) Qarabağ, üçüncü turda Atletiko ilə bərabərliyə qalaraq ilk xalını qazanmışdı.
  • Azərbaycan təmsilçisi ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edir. Onlar II turda Gürcüstan Samtrediasını (5:0, 1:0), III turda Moldova Şerifini (0:0, 2:1) və pley-offda isə Danimarka Kopenhagenini (1:0, 1:2) yolundan kənarlaşdırıb.
  • Qarabağ 4-cü dəfə Çempionlar Liqasında oynayır. Bundan öncəlki 3 cəhdində komanda III təsnifat mərhələsində mübarizəni dayandırmışdı. Ötən mövsüm azərbaycanlılar səfər qolunun hesabına Çexiya Viktoriyasına uduzmuşdu.
  • 2016/17 mövsümündə Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra Qarabağ ardıcıl 3-cü dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Ancaq hələ heç vaxt bu turnirdə son 32 komanda arasına düşə bilməyib.
  • Qarabağ Azərbaycanda ümumilikdə 5-ci, ardıcıl 4-cü dəfə çempion olmaqla Çempionlar Liqasında oynamağa haqq qazanıb.

Çelsi Futbol Klubu

  • Qrup mərhələsinin ilk oyunu Çelsinin hansısa Azərbaycan komandası ilə birinci görüşü idi.
  • Bundan sonra Miki Batşuayın son dəqiqə qolu ilə Atletiko üzərində qələbə qazanan (2:1) londonlular ardınca Romaya 0:3 hesabı ilə uduzaraq liderliyi də onlara verdilər.
  • Atletiko üzərində qələbə ilə Çelsi son 10 səfər oyununda 4-cü qələbəsini qazandı – 3 heç-heçə və 3 məğlubiyyət.
  • Altıqat İngiltərə çempionu 1995/96 mövsümündən bu yana heç vaxt Avropa səviyyəli yarışlardan qıraqda qalmayıb. 2003-2015-ci illərdə isə komanda ÇL qrup mərhələsinin daimi iştirakçısı olub.
  • 2012-ci ildə Çempionlar Liqasının qalibi olan Çelsi yarışdakı sonuncu mövsümündə – 2015/16-da 1/8 finalda PSJ-yə uduzaraq mübarizəni dayandırmışdı.
  • Londonlular ÇL-dəki ardıcıl son 3 mövsümündə qrupu mərhələsini qalib kimi başa vurub. Ümumilikdə isə komanda 11 dəfə qrup lideri olub. Yalnız bir dəfə – 2015/16 mövsümündə bu baryeri aşa bilməyib ki, onda da mübarizəni Avropa Liqasında davam etdirən “zadəganlar” həmin yarışın qalibi olub.

Məşqçilər və oyunçular arasındakı əlaqələr

  • Qarabağın qapıçısı Anton Kanibolotski ilə Çelsinin braziliyalısı Villian 2012/13 mövsümündə Şaxtyorda komanda yoldaşı olublar.
  • Miçel Birmingemin heyətində Çelsiyə qarşı oynayıb. 2010-cu ilin yanvar ayının 27-də baş tutan və Çelsiinin 3:0 hesablı qələbəsi ilə başa çatan oyunda ispaniyalı 72-ci dəqiqədə meydana çıxıb.
  • Çelsinin baş məşqçisi Antonio Konte İtaliya millisinə başçılıq etdiyi vaxtda AÇ-2016-nın seçmə mərhələsində iki dəfə Azərbaycan yığması ilə qarşılaşıb və hər iki oyunda uğura sevinib (2:1, 3:1).
  • Palermodakı ilk oyunda indi Qarabağda çıxış edən Qara Qarayev, Bədavi Hüseynov, Rəşad Sadıqov və Rahid Əmirquliyev ilk dəqiqələrdən Azərbaycan millisinin heyətində meydana çıxıb. Elvin Yunuszadə və Ağabala Ramazanov isə ehtiyatda qalıb. Bakıdakı cavab oyununda isə Bədavi meydandan qovulub, həmçinin Qara Qarayev, Rəşad Sadıqov, Rahid Əmirquliyev, Maksim Medvedev, Arif Daşdəmirov və Əfran İsmayılov ilk dəqiqələrdən oynayıblar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın