Bu gün UEFA Çempionlar Liqasının V turunda Qarabağ Futbol Klubu Bakı Olimpiya Stadionunda Londonun Çelsi komandasını qonaq edib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, qarşılaşma zadəganların 0-4 hesablı qələbəsi ilə sona çatıb. Oyuna sürətli başlayan komandamız oyunun başlanğıcında erkən qola yaxın olub. Miçelin zərbəsi qapı tirinə tuş gəlib. Qarşılaşmanın 19-cu dəqiqəsində baş hakim Manuel De Souza Rəşad Sadıqovun Villianla ikili mübarizəsini qırmızı vərəqə və penalti kimi dəyərləndirib.

Rəşad Sadıqov Willianın qarşısını qaydaları pozaraq aldı
Rəşad Sadıqov Willianın qarşısını qaydaları pozaraq aldı
Qarabağ Futbol Klubunun kapitanı Rəşad Sadıqov qırmızı vərəqə aldı
Qarabağ Futbol Klubunun kapitanı Rəşad Sadıqov qırmızı vərəqə aldı

20-ci dəqiqədə londonlular penaltidən hesabı açıb.

Qarabağ Futbol Klubu və Rəşad Sadıqov Çempionlar Liqası ilə sağollaşdı
Qarabağ Futbol Klubu və Rəşad Sadıqov Çempionlar Liqası ilə sağollaşdı

Bu qoldan 10 dəqiqə sonra rəqib hesab arasındakı fərqi ikiyə çatdırıb. Oyunun 73-cü dəqiqəsində isə İngiltərə təmsilçisi yenə penalti zərbəsindən fərqlənərək hesab arasındakı fərqi üçə çatdırıb. Qarşılaşmanın sonlarına yaxın isə Çelsi son hesabı müəyyən edib. 0:4.

https://www.youtube.com/watch?v=af1jxEKEbVM

Qarabag vs Chelsea 0-4 All Goals & Extended Highlights (22/11/2017)

https://www.youtube.com/watch?v=7c45uApdxHI

“Qarabağ” – “Çelsi” oyunundakı birinci penalti epizodu

Willian penalti epizodunu belə şərh etdi

Qarabağ FK və kapitanı Rəşad Sadıqov Çempionlar Liqası ilə sağollaşdı

Qarabağ (Ağdam) – Çelsi (London) qarşılaşmasının taleyinin 19-cu dəqiqədə həll olunduğunu deyə bilərik.  Epizodun təkrarında isə aydın görünüb ki, Rəşad Villiana toxunmayıb, Villian özünü yerə atır. Portuqaliyalı hakim Manuel De Souza həm penalti qərarı verir, həm də kapitanı qırmızı vərəqə ilə cəzalandırır.

Onu da vurğulayaq ki, 35 yaşlı müdafiəçi avrokuboklarda 90-cı oyununu keçirib. Yubileyində meydandan qovulan R. Sadıqov bununla da Çempionlar Liqasının qrupunu başa vurmuş olub. Komandası Qarabağ ilə Atletikonun Romanı 2-0 udmasından sonra qrupda sonuncu yeri tutaraq Avropa Liqasına çıxmaq şansını da itirib.

Qurban Qurbanov: 90 dəqiqə boyunca yaxşı oyun göstərməyimizi istəyirdim

90 dəqiqə boyunca yaxşı oyun göstərməyimizi istəyirdim. Ancaq qırmızı vərəqədən sonra azlıqda qaldıq və oyun istədiyimiz kimi getmədi. Azarkeşlərimizə görə üzüldüm. Bu qədər qırmızı vərəqə aldığımıza görə kimi qınamalı olduğumuzu bilmirəm. Biz həmişə intizamlı komanda olmuşuq. Bəzən belə hallar baş verir. Futbolçularıma çox sağ ol demək istəyirəm. Çox güclü komandaya qarşı oynasalar da, sona qədər çəkinmədilər. Meydanda uduzsaq da, mübarizədə uduzmadıq.

Bu sözləri Qarabağ FK-nun baş məşqçisi Qurban Qurbanov Bakı Olimpiya stadionunda Çelsiyə 0-4 hesabı ilə uduzduqdan sonra keçirilən mətbuat konfransında deyib.

“İlk penalti qərarından sonra futbolçulara bir sıra tapşırıqlar vermək üçün onları yanıma çağırdım. Gördüm ki, hamısı şokdadır. Birdən-birə hamısının ruhdan düşdüyünü duydum. Çağırıb, motivasiya vermək istədim. Çünki o halda oynasaydılar, daha böyük hesab qeydə alına bilərdi.

Penalti epizodları ilə bağlı bir söz deyə bilmərəm. Ancaq onsuz da, qapımıza penalti verilmişdi. O anda qırmızı vərəqə həddindən artıq ağır qərar idi. Son vaxtlar bu məsələyə çox önəm verilir. Qırmızı vərəqəyə görə narazılığım var. Lakin biz hakimlərin qərarını heç vaxt dəyişə bilmərik. Sadəcə, mənə təsir edən odu ki, bizə, Azərbaycan futboluna, komandamıza, doğurdan da kiçik baxırlar. Ancaq Çelsinin belə şeyə ehtiyacı yox idi. Onsuz da, onların gücünü hər kəs bilir.

Biz ölkə olaraq, həmişə hər kəsə örnək olmağa çalışmışıq. Öz davranışımız, əxlaqımızla hər kəsə göstərməliyik ki, idman prinsipləri belədir. Belə fikirlər söyləməsək, daha yaxşı olar. Bəlkə də, kiçik nüanslar var ki, biz onları görmürük. Oyunun epizodlarına baxdıqdan sonra daha dəqiq danışmaq olar. Özümüzü elə aparaq ki, bizə həmişə sayğı ilə yanaşsınlar”, – Qurban Qurbanov deyib.

“Hər dəfə qırmızı vərəqə alanda öz düşüncələrimi deyirəm. Komandamın yenə intizamlı olmasına çalışıram. Ancaq hamımız bilirik ki, futbol mübarizə oyunudur. Bu cür səviyyəli rəqiblərə ani məqamda uduzanda da sonu vərəqəyə gedib çıxır. Bu vərəqələrdən bəziləri şübhəli olub”, – deyə baş məşqçi bitirib.

Qurban Qurbanovun Qarabağ 0-4 Çelsi matçı sonundakı açıqlamaları

Antonio Konte: Qarabağ Üçün Belə Şeylər Önəmlidir

Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında italiyalı mütəxəssis bu düşüncələri səsləndirib: “Sıradakı mərhələyə çıxış qazandıq. Atletiko Madrid ilə görüşün həlledici olmasının qarşısını aldıq. Bu da mənə onlarla görüşdə rotasiyalar etmək imkanı yaradacaq”.

– Qırmızı vərəqə və penalti qərarları haqda nə deyə bilərsiz?

– Mənə görə, həmin durumlarla bağlı danışmaq çətindi. Çünki mən texniki zonada oluram və ordan ara çox uzaqdı. Gördüyümə görə, penaltinin olub-olmadığını deyə bilmərəm. Sadəcə, onu deyim ki, hakim öz işini görməli, heç bir komandanın tərəfini tutmamalıdı.

– Villianın çıxışından razı qaldınızmı?

– Mən adətən komandadan danışmağa üstünlük verirəm. Bu gün də rotasiya tətbiq edə bildim. Meydana çıxan oyunçular özlərini yaxşı göstərə bildilər. Villianın 2 qol vurması özünəinam duyğusunu qaytarması üçün yaxşı haldı.

– Qarabağ azarkeşlərinin xoreoqrafiyasından nə başa düşdünüz?

– Futbolçular üçün bu cür atmosferdə oynamaq xoş haldı. Duyulur ki, futbola böyük həvəs var. Futbol ölkənizdə inkişaf edir. Azarkeşlərə çox sağ olun demək gərəkdir. Həm Qarabağ, həm də Azərbaycan futbolu üçün belə şeylər önəmlidir. Eyni zamanda, öz azarkeşlərimizə də çox sağ olun demək istəyirəm.

 

 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın