Twitterdə birini söydüyü üçün Hakan Şükürə yeni cinayət işi açıldı

Bu il iyulun 15-də Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhd göstərməsindən sonra haqqında həbs qərarı çıxarılan tanınmış futbolçu, keçmiş AK Partili (AKP) millət vəkili Hakan Şükürə Twitter səhifəsində bir adamı təhqir etdiyi üçün yeni cinayət işi açılıb.

Türkiyə mətbuatının verdiyi məlumata görə, Hakan Şükür “Audio, yazılı və ya görüntülü bir mesaj ilə təhqir” etməyə görə günahlandırılıb.

Belə ki, psixoloq sözçüsü İsmayıl Loyan Hakan Şükür tərəfindən Twitter səhifəsində təhqir olunduğu üçün verdiyi şikayət əsasında başlayan istintaq tamamlanıb.

Anadolu Cumhuriyyət Baş Prokurorluğunda hazırlanan iddianamədə İ.Loyanın 2015-ci il noyabrın 24-də Twitter-də Hakan Şükür adlı istifadəçinin Atatürklə əlaqədar yazı paylaşmasını görüb və ana açıqlama yazıb. Bundan sonra H.Şükür İ.Loyana qarşı təhqiramiz sözlər, onun qürur, şərəf və ləyaqətini təhqir edəcək şəkildə mesaj yazmasına görə təqsirli bilinib.

İddianamədə göstərilib ki, H.Şükür bu ittihamla əlaqədar ifadəsi alınması üçün axtarılıb, lakin heç bir ünvanda tapılmadığına görə ifadəsi alınmayıb. Belə olan halda H.Şükürün “Səs, yazılı və ya görüntülü bir mesaj ilə təhqir” iddiası ilə 3 aydan 2 il 4 aya qədər həbslə cəzalandırılması tələb edilib.

İddianamə göndərildiyi 33-cü Cəza Məhkəməsində qəbul olunub və H.Şükürün mühakiməsinə qarşıdakı günlərdə başlanılacaq.

Xatırladaq ki, bundan öncə, avqustun 16-da Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı başlayan istintaq-əməliyyat tədbirləri çərçivəsində futbol üzrə Türkiyə milisinin keçmiş futbolçusu Hakan Şükürün həbs edilib ifadəsinin alınması barədə qərar çıxarılıb. Ona qarşı terror təşkilatına üzv olmaq ittihamı irəli sürülüb. İstanbul Terrora və Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə idarəsi onun tutulub, ifadəsinin alınması barədə qərar verib.

Həm də keçmiş AKP-li (AK Parti) olmuş Hakan Şükür İstanbuldan Türkiyə Böyük Millət Məclisinə deputatı olmuşdur. O zaman Türkiyənin əfsanə futbolçusunun şad gününə – oğlu Ömər Şükürün sünnət toyuna baş nazir R.T.Ərdoğan da qoşulmuşdu.

Rəcəb Təyyub Ərdoğan Hakan Şükürün oğlu Ömər Şükürün əlini öpür
Rəcəb Təyyub Ərdoğan Hakan Şükürün oğlu Ömər Şükürün əlini öpür

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir