2018-ci il oktyabrın 31-dən etibarən Türkiyənin İstanbul şəhərindəki “Atatürk” aeroportu sərnişin reyslərinin qəbulunu dayandıracaq.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı “Radio Azattık” (Qırğızıstan) radiosuna istinadla bildirir ki, həmin gün şəhərdə yeni, üçüncü aeroport fəaliyyətə başlayacaq.

Bu aeroportdan ilk reys Azərbaycana ediləcək. Yeni aeroportun ümumi ərazisi 76,5 milyon kvadrat metrdir. Terminalın ərazisi isə 1,6 milyon metr təşkil edir. Ölkə rəhbərliyi aeroportun adını açıqlamayıb.

Oktyabrın 31-dən “Atatürk” aeroportu yalnız xidməti, yük, şəxsi və hökumət təyyarələrini qəbul edəcək. Daha sonra isə aeroport ümumilikdə fəaliyyətini dayandıracaq.

1 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın