Türkiyə Rusiyadan gələn yük maşınlarının ölkəyə girişinə qadağa qoyub.

Bu barədə Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından bildirilib. Məlumatda qeyd olunur ki, iki ölkə arasında nəqliyyat daşınması ilə bağlı 2015-ci il üzrə razılşamanın vaxtı 2016-cı il 31 yanvar tarixində bitib.

Assosiasiyadan bildirlib ki, razılaşmanın təkrar bağlanması üçün artıq Rusiya nəqliyyat nazirini Türkiyəyə göndərib.
Bundan əlavə, Rusiya Nəqliyyat Naziriliyi ilə Polşanın İnfrastruktur və Tikinti Nazirliyi arasında aparılan danışıqlar uğurla nəticələnmədiyi üçün 2016-cı il 1 fevral tarixindən iki ölkə arasında yük maşınlarının hərəkəti dayandırılıb.

Rusiya təyyarəsi tərəfindən ölkənin hava sərhədinin yenidən pozulması barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyi (XİN) dünən yayıb. XİN bildirib ki, hadisə dünən – 2016-cı il yanvarın 29-da baş verib – Rusiya hava qüvvələrinə aid bir ədəd Su-34 döyüş təyyarəsi yerli vaxtla saat 11:46-da Türkiyə hava sahəsini pozub.

Xarici İşlər Nazirliyinin məlumatına görə, pozuntudan əvvəl Rusiya Federasiyasının təyyarəsinə Türkiyə tərəfindən dəfələrlə rus və ingilis dillərində xəbərdarlıq edilib. “Ölkəmiz və NATO tərəfindən edilən açıq xəbərdarlıqlara baxmayaraq bu pozuntu da Rusiyanın aradakı problemləri gərginləşdirmək istiqamətində hərəkətlərinin yeni və konkret bir göstəricisidir”,- deyə Türkiyə XİN-in məlumatında vurğulanıb.

Türkiyə tərəfi bu cür məsuliyyətsiz davranışlar nəticəsində ortaya çıxa biləcək “dəhşətli hadisələrə” Rusiyanın məsuliyyət daşıdığını bildirib. XİN-in bəyanatında hadisə ilə bağlı Rusiyanın Türkiyədəki səfirinin nazirliyə çağırılaraq Ankaranın etirazı onun nəzərinə çatdırılıb.

Suriyada koalisiya qüvvələrinin və Rusiyanın aviazərbələri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiyanın Su-34 döyüş təyyarəsinin Türkiyənin hava sahəsini pozması ilə bağlı dünən sərt çıxış edib. O, məsələni çözmək üçün Rusiya prezidenti Vladimir Putinlə görüşmək istədiyini bildirib.

Türkiyə prezidenti bu fikri hadisənin baş verdiyi axşam Rusiya səfirinin Türkiyə Xarici İşlər Nazirliyinə dəvət edilməsi zamanı səsləndirdiyini deyib: “Həmin vaxt da mən xarici işlər müstəşarımıza “Rusiya tərəfi ilə görüşün, hörmətli Putin ilə şəxsən görüşmək istəyirəm” demişəm. Məsələni onlara çatdırıblar, lakin bizim səfirimiz oradan bir cavab olmadığını buraya bildirib.”


Rəcəb Tayyib Ərdoğanın çıxışı

İki ölkə arasında oxşar hadisə 2015-ci ilən noyabr ayında da baş vermişdi. Ankara dəfələrlə hava sərhədini pozmuş Rusiya təyyarələri ilə bağlı etirazını Moskvanın diqqətinə çatdırsa da Kreml məsələyə etinasızlıqla yanaşmışdı. Nəticədə, noyabrın 24-də Türkiyə Rusiyaya məxsus Su-24 təyyarəsini vurmağa məcbur olmuşdu.

Su-34 döyüş təyyarələri taktiki bombardman üçün modernləşdirilmiş Su-27 modelinin iki nəfərlik versiyasıdır. İki pilotun yan-yana oturduğu və eyni vəzifəni yerinə yetirə biləcək xüsusi bir dizayna sahibdir. İlk uçuşu 1993-cü ildə reallaşdırılıb və 1997-ci ildən etibarən istifadə edilməyə başlanılıb. Rusiya Hava Qüvvələri şirkətlə bağladığı müqavilədə 2020-ci ilə qədər 124 ədəd Su-34 təyyarəsinin alınacağını açıqlayıb.


Türkiyənin Rusiyaya məxsus Su 24 təyyarəsini vurduğu an

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın