Türkiyənin XİN Rəhbəri Mövlud Çavuşoğlu: Türkiyə İraqa Yardım Etməyə Hazırdır

Türkiyə İraqın kürd muxtariyyətində keçirilən müstəqillik referendumundan sonra Bağdadın uyğun sorğusu üzrə bu ölkənin torpaqlarının bütövlüyünün qorunmasında yardım etməyə hazırdır.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının Anadoluya qaynaqlanaraq verdiyi məlumata görə, bununla bağlı Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

“Biz İraq torpaqlarının bütövlüyünü təkcə sözdə dəstəkləmirik. Əgər İraq hökuməti Ankaraya uyğun çağırış edərsə, biz qonşu ölkənin bütövlüyünün qorunması üçün çalışacağıq”, – deyə Çavuşoğlu vurğulayıb.

Türkiyə ordusunun İraqda əməliyyat keçirməsinin ola biləcəyini aydınlaşdıran nazir deyib ki, Ankara İraq hökumətinin uyğun çağırışı üzrə addımlar atmaq istəyir: “Əgər Baqdad Ankaraya çağırış edərsə, biz beynəlxalq normalar üzrə öz hüququmuzdan yararlanacağıq. Ankara üçün başlıca olan İraqın mərkəzi hakimiyyətinin mövqeyidir”, – deyə Çavuşoğlu vurğulayıb.

Nazir onu da artırıb ki, İraqdakı etnik türkmənlərə qarşı yarana biləcək təhlükə Ankara tərəfindən hərbi əməliyyat üçün səbəb kimi dəyərləndiriləcək.

Mövlud Çavuşoğlu, Türkiyənin xarici ölkələri İraqın kürd muxtariyyətində keçirilən müstəqillik referendumunun nəticələrini tanımağın yolverilməz olmasıyla bağlı xəbərdar etdiyini deyib.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xizer Nauert: Bu Hədə Kimi Səslənir

Türkiyənin İraqın torpaqlarının bütövlüyünün qorunmasına yardıma hazır olmasıyla bağlı bəyanatı hədə kimi səslənir. APA-nın RİA Novosti-yə qaynaqlanaraq verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xizer Nauert deyib.

“Hədə kimi səslənir. Ancaq biz bunu açıqlamayacağıq”, – deyə X.Nauert jurnalistin Türkiyə XİN rəhbəri M.Çavuşoğlunun son bəyanatına açıqlama verilməsi ilə bağlı sualına cavabında bildirib.

Qeyd edək ki, sentyabrın 25-də İraqın şimalındakı kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Səsvermənin son nəticələri bu gün elan ediləcək.

İraq hökuməti referendumu qanunsuz elan edib. Referenduma qarşı həmçinin Türkiyə, İran, ABŞ və BMT çıxış edib.

Bundan öncə İraqın Nazirlər Kabineti muxtariyyət rəhbərliyindən bölgədəki hava limanları və sərhəd-buraxılış məntəqələri üzərində nəzarəti rəsmi Bağdada verməyi, xarici ölkələrdən isə muxtar bölgə ilə neft sahəsində əməkdaşlığa son qoymağı tələb edib.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir