Türkiyənin Xarici İşlər naziri: Fransa rəsmi Ankaradan üzr istəməlidir

Ankara rəsmi Parisin Türkiyə gəmilərinin Aralıq dənizində Fransa gəmilərinə qarşı təxribat törətdiyinə dair iddialarına cavab verib.

“Anadolu” agentliyi xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu vurğulayıb ki, Türkiyə belə bir hərəkətə yol verməyib və bu səbəbdən Fransa Türkiyədən üzr istəməlidir.

Eyni zamanda, M.Çavuşoğlu Türkiyənin Liviyada atəşkəsə nail olmaq üçün bütün ölkələrlə, o cümlədən, Fransa ilə işləməyə hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, bir neçə gün öncə mətbuata Aralıq dənizində Fransa gəmiləri ilə Türkiyə gəmiləri arasında qarşıdurma baş verməsi ilə bağlı xəbər sızmışdı.

Bildirilirdi ki, fransızlar beynəlxalq sularda Türkiyə gəmilərini yoxlamağa çalışıb. Türkiyə hərbçiləri isə gəmini döyüş vəziyyətinə gətiriblər. Bu olay NATO üzvü olan iki ölkə arasında gərginliyə səbəb olmuşdu.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir