Türkiyədə koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı durmadan artır. Son sutka boyunca ölkədə koronavirusa yoluxanların sayı 2069 nəfər artaraq, 5698-ə çatıb. 

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Koronavirusdan ölənlərin sayı da artıb. Gün ərzində 17 nəfər pandemiyadan vəfat edib ki, bu da Türkiyə ərazisində koronavirusdan ümumi ölüm sayının 92-yə çatması deməkdir. 

Türkiyədə koronavirusa görə fövqəladə vəziyyət elan edilə bilər

Türkiyədə koronavirus pandemiyasına görə fövqəladə vəziyyət tətbiq oluna bilər. Bununla bağlı Türkiyənin daxili işlər naziri Süleyman Soylu NTV kanalında çıxışı zamanı deyib. 

O bildirib ki, bu günə qədər koronavirusun yayılmaması üçün bütün mümkün tədbirlər həyata keçiriblər. Bundan sonra hər şey koronavirusun yayılma əhatəsindən asılı olacaq. İnsanların ümumiyyətlə çölə çıxış qadağası, ya da fövqəladə vəziyyətin elan edilməsi də mümkündür.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın