ABŞ-ın ata biləcəyi və atması gərəkli bilinən önəmli bir addım var: o da son iki ildə PYD/YPG-yə  göndərdiyi bütün silahları onlardan geri almaqdır.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Tükiyənin NTV kanalına qaynaqlanaraq bildirir ki, bunu CNN Internationala açıqlamasında Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.

“Əslində PYD/YPG-yə hərbi dəstəyin verilməsi İŞİD-lə mübarizə çərçivəsində belə demək olarsa, məqbul sayılırdı. Bizə də dəfələrlə “İŞİD təhdidi ortadan qalxdıqdan sonra PYD/YPG-yə  hərbi dəstək verilməyəcək” – dedilər. Artıq İŞİD təhdidi aqradan qaldırılıb. Ancaq təəssüflər olsun ki, hərbi-əsgəri yardım, silah-sursatlar PYD/YPG-yə getməkdə, göndərilməkdə davam edir. Burada soruşulması gərək olan sual budur: Nədən hələ də onları dəstəkləyirsiniz? İŞİD təhdidi artıq yoxdur. Bu silahları bizə, ya da ərəblərə, türkmənlərə və başqa suriyalılara qarşı istifadə etməyəcəklərini haradan və necə bilirsiniz? ABŞ çoxlu sözlər verib, ancaq onların heç birini tutmayıb” – deyə, Kalın daha sonra sözlərinə əlavə edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın