Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyub Ərdoğan Fransanı terrorçulara yardım etməkdə günahlandırıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Trend-in məlumatına görə, Ərdoğan Fransa prezidentinin PYD nümayəndə heyəti ilə görüşünü yada salaraq deyib: “Siz terrorçulara yardım edirsiniz və sonra onları Yelisey Sarayında qarşılayırsınız. Almaniyada olanları görürsünüz? Bunlar Fransanı da gözləyə bilər. Qərb nə qədər çox terrorçuları dəstəkləyəcəksə, bu ölkələrdə terror fəaliyyətinin nəticələri o qədər böyük olacaq”.

Ərdoğanın sözlərinə görə, son məlumatlara görə, Suriyanın Afrin bölgəsində 4 min terrorçu zərərsizləşdirilib: “Bu rəqəmə Türkiyənin içində və İraqın şimalında zərərsizləşdirilən terrorçuları da artırsaq, göstərici 4200-4300-ə çatacaq”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın