Türkiyə maNga ilə Eurovision 2018 Mahnı Yarışmasına Qoşulmayacaq

Türkiyə yenidən beynəlxalq mahnı yarışması olan Eurovision Song Contestdə qoşula bilər.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının Oxu.Az-a qaynaqlanaraq məlumat verir ki, bununla bağlı ölkənin baş nazirinin birinci müavini Bəkir Bozdağ danışıb.

Bundan öncə, Türkiyə KİV maNga qrupunun Twitterdəki paylaşımını ölkənin 2018-ci ildə yarışmaya qoşulmasına işarə kimi qəbul etmişdi.

““Eurovision? Yenə, yenə, yenə”, – 2010-cü ildə müsabiqədə ikinci yeri tutan qrup yazıb.


maNga – We Could Be The Same (Turkey)

KİV ehtimal edir ki, maNga qrupu ölkəni Lissabonda təmsil edəcək.

İndi belə bir planımız yoxdur, IHA agentliyi Bozdağın sözlərini sitat gətirir.

Xatırladaq ki, Ukraynanın paytaxtı Kiyevdə keçirilən ESC2017 mahnı yarışmasında birinci yeri 758 səslə Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, yarışmada “Amar Pelos Dois” mahnısını oxuyub.

Eurovision Song Contest-2018 Portuqaliyanın paytaxtı Lissabonda 8,10 və 12 may tarixlərində keçiriləcək. Türkiyə isə 2013-cü ildən müsabiqədə iştirak etmir.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir