Məşhur türk pop-ulduzu Gülşən hələ doğulmamış qızı üçün 5 milyon dollara ev alır. Hamiləliyin 3-cü ayında olan müğənni indidən uşaq hazırlığına başlayıb.

ANS PRESS-in məlumatına görə, bunun üçün artıq əmlakçılarla danışıq aparan Gülşən indi yaşadığı evdən daha böyük bir evə çıxmağa hazırlaşır.

Artıq uşağının cinsiyyətini öyrənən məşhur popçu daha öncə müsahibəsində “qızım olarsa çox xoşbəxt olaram” – deyə bildirib.

İstirahətdə olan müğəninin bir müddət əvvəl dəniz kənarından fotoları paparazzilər tərəfindən çəkilib. Çəkilmiş fotolarda Gülşənin artıq hamilə çəkiləri aldığı açıq-aydın görünür.

Gülşənin istirahət zamanı çəkilmiş fotosu
Gülşənin istirahət zamanı çəkilmiş fotosu

Beş ildir birlikdə olan Türkiyənin tanınmış müğənnisi Gülşən və nişanlısı bəstəkar Ozan Çolakoğlu ötən ay  ailə həyatı qurub. Cütlük planlarını pozaraq evlilik tarixini 1 ay önə çəkib. Onlar Türkiyənin Barselonadakı baş konsulluğunda nikaha girib.

Tanınmış ifaçı ilə musiqiçi nikah üçün İspaniyaya gedib. Onlar ailə və yaxın yoldaşlarından ibarət 10 nəfəri nikaha dəvət ediblər. Cütlük mart ayında nişanlanıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın