Türkiyəli müğənni Funda Arar azərbaycanlı müğənni Miri Yusifin “Bağışla” mahnısı ətrafında yaranmış qalmaqalla bağlı açıqlama verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, konsertdən sonra sənətçi jurnalistlərin suallarını cavablandırıb. Türkiyəli müğənni Funda Arar “Bağışla” adlı mahnının oğurluq olması barədə yayılan xəbərlərə aydınlıq gətirərkən belə deyib: “Burada mənim səhvim olmayıb. Çünki biz mahnını Azərbaycanda ona aid olduğunu deyən başqa birindən almışdıq”.


Funda Arar – Bağışla

Xatırladaq ki, türkiyəli müğənni Miri Yusifin “Bağışla” mahnısını yeni albomuna əlavə edib və ona klip çəkdirib. Lakin mahnıya müəllifin adını yazmaması məhkəmə predmetinə çevrilib. Belə ki, M.Yusif Ararı məhkəməyə verərək ona qalib gəlib.


Miri Yusif – Bağışla

Qeyd edək ki, qarşı tərəf mahnını gənc bəstəkar MC Muraddan aldığını bildirmişdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın