Türkiyənin ən baxımlı komediya filmlərindən olan və ölkəmizdə də çoxdan gözlənilən “Recep İvedik-5” may ayının 4-dən başlayaraq “Park Cinema” kinoteatrlar şəbəkəsində yayımlanacaq.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı xəbər verir ki, “Metropark”, “Park Bulvar”, “Flame Towers”, Zaqulba və Masallıda yayımı nəzərdə tutulan filmə artıq öncədən bilet satışı da başladılıb.

Filmin məzmunu: Recep İvedik məhəllə sakinlərindən olan İsmetin ailəsinə başsağlığı vermək üçün gedəndə arvadının əziyyət çəkdiyini görür və ona yardım etmək istəyir. Sürücü İsmetin axırıncı vəzifəsini yerinə yetirmək üçün Nurullah ilə birgə yola düşür. Bu yolçuluğun qısa olmasını güman edən Recep, cavan idmançılardan ibarət Milli Klubu xaricdəki bir idman qurumuna apardığını başa düşəndə, artıq hər şey üçün gec olur.

İdman qurumunda iştirak edən klubun başına bədbəxt olay gəlir, işlər bir-birinə qarışır və Recep bu işin öhdəsindən gəlmək istəyir. Qazanmaqdan başqa çıxış yolu olmadığına inanan Recep, olayları öz üsulları ilə həll etmək istəyəndə bir-birindən gülməli durumlar yaşanır.

Şahan Gökbakarın yaratdığı Recep İvedik obrazının beşinci məcarası yenə bir-birindən əyləncəli hadisələrlə dolu, oxşarı olmayan komedya kimi tamaşaçılara təqdim edilir.


Recep İvedik 5 – Fragman (Official – HD)

Recep İvedik-5 Filmindəki Boks Səhnəsi Çıxarıldı

“Recep İvedik-5” filminin treylerindəki boks səhnəsi narazılıqlara səbəb olduqdan sonra filmin müəllifi Şahan Gökbaharı həmin parçanın filmdən çıxarıldığını bəyan edib. O, bunu yaydığı videomüraciətdə açıqlayıb.


Şahan Gökbakar Azerbaycan açıklaması

“Mən filmlərimi gülmək və güldürmək üçün hazırlayıram. Həmişə belə etmişəm. Dolayısı ilə bir nəfər Azərbaycan türkü qardaşımın qeyri-məmnunluğu mənim könlümü yaralayar, mənim də xoşuma gəlməz. Məmnunluqla filmimdən bu səhnəni çıxarıram. Bu həm qardaşlığımın, dostluğumun mərd bir sübutu olsun, həm də pis niyyətlə filmin üzərinə getmək istəyən insanların oyunu pozulmuş olsun”.

Qeyd edək ki, Azərbaycan boksçusu ilə bağlı səhnə həm Azərbaycanda, həm də Türkiyədə etirazlara səbəb olmuşdu. Əksəriyyət belə hesab edirdi ki, filmdə Türkiyə-Azərbaycan münasibətlərinin ruhuna uyğun olmayan səhnələr var.

Əslində isə, rinqdə qardaş ölkənin idmançısını görən Recep İvedik idman ruhuna yaraşmayan təklif edir. Azərbaycanlı boksçu isə doğru cavabı verərək yarışda yalnız mübarizə aparmağa gəldiyini söyləyir. İnanılmaz gücə sahib olan filmin qəhrəmanı Recep İvedik tək bir zərbə ilə azərbaycanlı idmançını rinqin uzaq küncünə uçurur.

Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar filmin yaradıcı heyətini həmin səhnəni çıxarmağa çağırmışdı.

 

1 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın