Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğun “Qurd Seyid və Şura” serialının yeni mövsümünün hər bölümündə alacağı məbləğ “dodaq uçuqladıb”. YALAN.info-nun verdiyi məlumata görə, sonuncu dəfə “Siyah ve Beyaz” serialından sonra ekranlara vida edən yaraşıqlı aktyor “Qurd Seyid və Şura” (Kurt Seyit ve Şura) ekran işi ilə yenidən sevənlərini sevindirəcək.

Onun hər bölümə görə, 130 min TL təxminən 69 min manat qonorar alacağı serial sentyabr ayında Türkiyənin Star TV kanalında yayımlanacaq.

Öncə çəkildiyi “Qurd Seyid və Şura” serialının hər bölümünə görə 70 min TL (37 min manat) qazanan Kıvanç Tatlıtuğ yeni mövsümü rekord anlaşma ilə açıb. Bu hesabla aktyor ayda 520 min TL (276 min manat) qazanacaq.

Aktyorun Ay Yapımla anlaşmasına görə ilk 10 bölümün pulunu qabaqcadan aldığı deyilir. Serialda Kvanç Tatlıtuğla birlikdə Tuğba Büyüküstün də baş rolları paylaşacaq.


Kurt Seyit ve Şura (Promo)

Kvanç Tatlıtuğ karyerasına model kimi başlayıb. 2005-ci ildə ilk dəfə kino aləminə qədəm basan aktyor “Gümüş” serialındakı Mehmet obrazıyla məşhurlaşıb. Bundan sonra o,”Menekşe ilə Xəlil”, “Amerikalılar Qara Dənizdə” filmlərində rol alıb.

Lakin ən böyük uğurunu Halid Ziya Uşaqlıgilin məşhur romanı əsasında çəkilən “Aşkı-Memnu” serialındakı Behlül obrazı ilə qazanıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın