Ermənistan parlamentinin ikinci böyük fraksiyası olan “Tsarukyan bloku” fraksiyasının rəhbəri, sahibkar Qaqik Tsarukyan sahibi olduğu telekanalın efirində 1 may tarixində keçiriləcək baş nazir seçkilərində “xalqın namizədi”ni dəstəkləyəcəyini bəyan edib.  YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bununla bağlı erməni KİV-lərinə qaynaqlanaraq xəbər verir.

“Biz öz namizədimizi irəli sürməyəcəyik və xalqın namizədini dəstəkləyəcəyik”, – deyə Tsarukyan ad çəkməyərək bildirib. Jurnalistin etiraz hərəkatının lideri Nikol Paşinyanın xalqın namizədi olub-olmamasına dair sualına Qaqik Tsarukyan “Həmin şəxs xalqın namizədi olacaq”, – deyə bildirib.

Qaqik Tsarukyan həmçinin vurğulayıb ki, başçılıq etdiyi fraksiya hakim Respublika partiyasının namizədini dəstəkləməyəcək.

Hakim koalisiyada vaxtı ilə təmsil olunan “Daşnaksütun” partiyasının parlament fraksiyasının nümayəndəsi Arsen Ambarsumyan partiyasının etirazçıların lideri Nikol Paşinyanın baş nazir postuna namizədliyini dəstəkləyəcəyini bildirib.

“Biz, çox ehtimal ki,  Paşinyanın namizədliyini dəstəkləyəcəyik”, – deyə Arsen Ambarsumyan “yerkirmedia.am” nəşrinə “Daşnaksütun” partiyasının fraksiyaların baş nazir postuna tək namizəd irəli sürməsi ilə bağlı çağırışını açıqlayarkən bildirib.

Qeyd edək ki, sabiq prezident S.Sarkisyanın baş nazir seçilməsinə qarşı olaraq aprelin 13-dən başlayaraq müxalifət lideri Nikol Paşinyanın başçılığı ilə İrəvan və başqa şəhərlərdə kütləvi etiraz aksiyaları başlayıb. Aprelin 13-də S.Sarkisyan baş nazir postundan istefa verib. Bununla belə, N.Paşinyan Respublika Partiyasının bütövlükdə hakimiyyətdən uzaqlaşmasını və yeni baş nazirin seçilməsini tələb edir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın